Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Gündəm / Akif Çovdarov dollarla alverə görə 250 min dolları kimdən alıb?

Akif Çovdarov dollarla alverə görə 250 min dolları kimdən alıb?

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Proses mərhum Azər Quliyevin iddiası əsasında baxılan epizod üzrə bir neçə şahidin ifadə verməsi ilə başladı. Xatırladaq ki, zərərçəkmişin ifadəsinə əsasən, 2008-ci ildə Akif Çovdarov yaşayış binalarının tikintisi ilə məşğul olan “Azərtikinti-ATF” MMC-nin direktoru Azər Quliyevi o vaxtkı idarə rəisi, təqsirləndirilən Səlim Məmmədovun vasitəsilə MTN-ə çağırıb. Müxtəlif bəhanələrlə, həbs etdirəcəyi ilə hədələyərək, Akif Çovdarov zərərçəkmişdən 2 mənzilin ona verilməsini tələb edib.

Bağbanın şəxsiyyət vəsiqəsi və imzasız müqaviləsi

Şahid Əlastan Nəbiyev ifadəsində bildirdi ki, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında tikilmiş “Babək-94” MTK-nın binasından mənzil alıb. Onun sözlərinə görə, mənzil Azər Quliyev tərəfindən şahidin qardaşına borcu olan adamın hesabına alınıb.

Dövlət ittihamçısı bir neçə dəqiqləşdirici suallar versə də, nəticədə ittiham möveyilərini təsdiq edən heç bir subut əldə edə bilməmişlər.

Digər şahid Azər Hümbətov qeyd etdi ki, təqsirləndirilən Akif Çovdarovla qohumdur – generalın həyat yoldaşı şahidin xalasıdır. A.Hümbətov “Babək-94”dən mənzil makler vasitəsilə aldığını təsdiqlədi. O bildirdi ki, Gürcüstan vətəndaşı olduğu üçün və gələcəkdə mənzilə aid çıxarışın alınmasında problemləri yaşamamaq naminə , həmin mənzili , epizod üzrə daha bir şahid olan azərbaycan vətandaşı olan Elxan Həsənovun adına alıb. Şahid onu da bildirdi ki, E.Həsənovu uzun müddət tanıdıgı və ona etibar oldugu üçün , həmin mənzili çıxarış alana qədar onun adına keçirilməsinə ısləhət bildi.

Şahid qismində ifadə verən Elxan Həsənov uzun illərdir ki, Akif Çovdarovun bağında bağban kimi işlədiyini dedi. Onun sözlərinə görə, 2007-ci ildən generalın bağında çalışır və 2009-cu ildə Azər Hümbətov yaxın qohumuna mənzil axtardigini bildimişdir və lazım olan varianti tapdigi halda onun afina keçirilməsini mümkün olub-olmadıgını ondan soruşdu. Razilıgı alandan sonra minnatarlıgını bildirdi. Bir müddət sonra müqaviləni almaq üçün ondan şəxsiyyət vəsiqəsini istəyib. A.Hümbətovun Akif Çovdarovun evinə tez-tez gəlib-gedən adam olduğunu, buna görə də, heç bir problem görmədiyini bildirən şahid sənədini Gürcüstan vətəndaşına verib və mənzil onun adına rəsmiləşdirilib.

Şahid E.Həsənov onu da əlavə etdi ki, vaxt çatışmazlığı üzündən mənzilin alınması ilə bağlı müqaviləni imzalamağa gedə bilməyib və bunu onun yerinə başqa adam edib.

Səlim Məmmədovun iki oğlu üçün mənzillər kimin adına alınıb?

Şahid Kazım Bağırov bildirdi ki, Sabunçu Elm-İstehsalat Birliyində şöbə rəisidir. O, Səlim Məmmədovla çoxdan bəri dostluq etdiyini və onu “gözəl insan və ailə başçısı” kimi tanıdığını dedi.

Dövlət ittihamçısının suallarına cavab verən şahid deyib ki, 2009-cu ildə təqsirləndirilən Səlim Məmmədovun xahişinə görə, onun iki oğluna mənzilləri almaq məqsədilə “Babək-94” MTK-da iki ədəd iki otaqlı mənzil onun adına rəsmiləşdirilib və təxminən bir ildən sonra , başqa yerdə. daha sərfəli qiymətlərə tapdıgı üçün, həmin mənzilləri onun dediyinə görə MTK-ya geri qaytarıb : “Səlim Məmmədov dedi ki, daha münasib və ucuz evlər tapıb. Ona görə də, bu mənzilləri geri qaytardıq”. Bildiyinə görə sonradan Səlim Məmmədov həqiqətən ogullarına başqa-başqa yerlərdə iki mənzil aldı.

Şahid Akif Çovdarova zəng etdiyini etiraf edib

Şahid Fəxrəddin Novruzov “Babək-94” MTK-nın təsisçisi olduğunu dedi. Onun sözlərinə görə, zərərçəkmiş Azər Quliyev özünə məxsus olan iki mənzili şahid Kazım Bağırovvun adına rəsmiləşdirmişdir. Sonradan isə hər içi mənzil , imtina ərizələr verilməklə, geri qaytarilmışdır. Onlardan biri sonradan Elxan Hüseynovun, digəri isə Razin Nəbiyevin adına rəsmiləşdirilib.

“Bildiyimə görə, Azər Quliyevlə Kazım Bağırov arasında borc məsələsi var idi və pulun əvəzinə mənzillər verilmişdi”, – şahid deyib. Eyni zamanda Azər Quliyevin digər şəxslərə borcu olduvunu da demişdir.

Dövlət ittihamçısının Kazım Bağırovun MTN-lə əlaqəsi barədə xəbərinin olub-olmaması barədə sualına şahid cavab verdi ki, mənzillərin MTN-dən kiməsə satıldıgını bilirmiş, amma konkret kiminə bağlı olmasından xəbərsiz olub.

Fəxrəddin Kazımov onun telefonundan Akif Çovdarova zəng olunması ilə bağlı verilən suala belə cavab verib: “Ola bilsin ki, Akif adlı hansısa vətəndaşla danışmışam. Amma onun MTN-də işləməsini bilmirdim”.

Şahid son nəticədə verilən mənzilərin Azər Quliyevə birbaşa məxsus olduğunu və onu çox da həmin mənzillərin talehi ilə baglı narahat olmadıgini deyib.

“Texmarin” məsələsi üzrə araşdırma davam etdirildi

Şahid kimi ifadə verən “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin İdarə Heyətinin sədri Asif Bədəlov bildirdi ki, “Texmarin” MMC-nin həmtəsisçisi, zərərçəkmiş Arif Həsənovla biznes əlaqələrinin yaradılması üçün tanış olub. Sonradan A.Həsənov ona başına gələnlərdən danışıb və kömək etməsini xahiş edib.

Şahid qeyd etdi ki, MTN-də işləmiş, hazırda paralel cinayət işi üzrə təqsirləndirilən polkovnik-leytenant Füzuli Əliyevlə yaxın olduğu üçün ona zəng edib və Arif Həsənovu qəbul etməsni xahiş edib.

Asif Bədəlovun sözlərinə görə, bir müddət sonra Füzuli Əliyev ona Arif Həsənovun düz danışmadığını , ərizədə yazılanların həqiqətə uygun olmadıglnı bildirib və bundan sonra şahid həmin məsələ ilə maraqlanmayıb.

“Real” MTK və dollarla satılan mənzil

Məhkəmə iclası fasilədən sonra “Real” MTK-nın həmtəsisçilərinin və əməkdaşlarının zərərçəkmiş kimi tanındığı epizodun araşdırılması ilə davam etdirilib.

Zərərçəkmişlər Tahir Mirzəyev və İslam Qasımov təxminən eyni ifadəni verərək bildiriblər ki, 2007-ci ildə onların işlədiyi MTK-nın ofisinə gələn bir şəxs mənzillərlə maraqlanıb. Təxminən iki-üç dəfə gəlib getdikdən sonra bir gün mənzillərdən birini almaq və ödəniş etmək istədiyini deyib. Cibindən çıxardığı dollarları masanın üstünə qoyandan dərhal sonra ofisə 3 nəfər daxil olub və MTK-nın əməkdaşlarını dollarla mənzil satmaqda ittiham edərək saat təxminən 17-18 radələrdə MTN-ə aparıblar.

Təxminən 3-4 saat nazirlikdə saxlanılan şəxslər axşama yaxın , təxminən saat 21-21.30 radəlarində Tahir Mirzəyev və İslam Qasımovun izahatları verdikdən sonra sərbəst buraxılmışlar.Sonradan İ.Qasımov bildırdi ki, MTK-nın həmtəsisçilərindən biri olan, onun qardaşı İlham Qasımov ona dedi ki, o, MTN-nə 250 min dollar ödədi.

Vəkillərin suallarına cavab verən zərərçəkmiş İslam Qasımov qeyd edib ki, ofisin qara dəftərində rəqəmin qarşısında heç bir şey yazmasada , həmin 230 + 20 yazıları qeyd edərkən MTN-ə verilən dollar şəkildə verilən pulu nəzərə almışdır. Orada rəqamləri yazsa da, sonradan MTN-də yoxlama vaxtı onlar dəftərdən silinib. Həmin qara dəftərdə o, şəxsən şirkətin bütün xərcləri və gəlirlərin qeydiyyatlnı aparırdı.

Qeyd edək ki, hər iki zərərçəkmiş təqsirləndirilənlərdən heç birini tanımadıqlarını , onların hərəkətləri nəticəsində zərər almadıqlarını və konkret olaraq onlara qarşı heç bir şikayətlərinin olmadığını dedilər.

Çovdarova 250 min dollar verdiyini istintaqda iddia edən zərərçəkmiş danışmaqdan yayındı.

Bu epizod üzrə əsas zərərçəkmiş hesab edilən və iddia edildiyi kimi, 250 min dolları Akif Çovdarova verdiyini deyən İlham Qasımov ifadəsini təxirə salmağı xahiş etdi.

Dələduzluğa görə uzun müddətə məhkum edilərək, hazırda məhbus həyatı yaşayan İlham Qasımov bildirdi ki, xəstəliyinə görə indi Penitensiar Xidmətin müalicə müəssisəsində qalır və buna görə də, ifadəsini sonrakı iclasa təxirə salmağı xahiş edir.

Zərərçəkmiş ötəri olsa da, vurğuladı ki, xahişinin səbəbi təqsirləndirilən şəxslərin vəkillərin inadlı sorğu-sualıdır və buna ürəyinin tab gətirməyəcəyindən ehtiyat edir.

Prosesə sədrlik edən hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının çərşənbə günü, aprelin 5-də keçiriləcəyini bildirdi.

Virtualaz.org

Həmçinin oxuyun

Nazirliyin Baş Müfəttişi işdən qovuldu – Rüşvət aldığına görə…

Gəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub. Unikal.org-un əldə etdiyi məlumata görə, …

Bir cavab yazın