Ana səhifə / Gündəm / Ağdaşda özünü asan 2 uşaq atası vəzifəli şəxsin oğlu imiş

Ağdaşda özünü asan 2 uşaq atası vəzifəli şəxsin oğlu imiş

ANSPRESS-in xəbərinə görə, Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

*   *   *10:30

Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.

Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın