Ana səhifə / Gündəm / Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb – Fotolar

Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb – Fotolar

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 3-də Ağcabədi rayonunun Hacılar kəndi ərazisində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirib.

Qafqazinfo” xəbər verir ki, yoxlamalar nəticəsində 1 ədəd partlamış raketin (9M22U-Qrad) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv. m ərazi təmizlənib.

Ümumilikdə, agentlik tərəfindən 7 Aprel – 3 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 566 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb -  Fotolar
Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb -  Fotolar
Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb -  Fotolar
Ağcabədidə 1 ədəd partlamış raketin qalıqları tapılıb -  Fotolar

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın