Bazar , Yanvar 24 2021
Ana səhifə / Gündəm / Adil İsmayılovun ölümü sadə insanları da dərindən kədərləndirib

Adil İsmayılovun ölümü sadə insanları da dərindən kədərləndirib

Təxminən 30 ilə yaxın vəkillik fəaliyyəti olan və daha çox prinsipial işlərdə öz məharətini göstərən, tanınmış vəkil Adil İsmayılovun vaxtsız vəfatı hamını sarsıldıb. Azərbaycanlı vəkillər onu Azərbaycan “hüquq cameəsinin mayakı”, “vicdanlı vəkillərin son nümunələrindən biri”, “əla dindirmə taktikası olan”, “prinsipial, soyuqqanlı şəxs və vəkil” kimi təsvir edirlər.

Lakin Adil İsmayılov təkcə “yaxşı vəkil kimi” xatırlanmır. Onu tanıyanlar həm də “kəskin intellekt sahibi, cəmiyyəti cəmiyyət edən, dövləti dövlət edən, milləti millət edən şəxsiyyətlərdən biri” kimi xarakterizə edirlər.

Əlbəttə ki, bu ad da onun gördüyü işlərlə, onun peşəkarlığı ilə bağlıdır. Eyni zamanda o, dəyanəti, mərdliyi, dürüstlüyü ilə bağlı olan məsələlərə görə xalq arasında sevilirdi. Adil müəllimin vaxtsız vəfatından kədərlənənlər arsında onun ailə dostları da var. Adil İsmayılovun bacısı Nazlı xanıma, həyat yoldaşı Məhərrəm müəllimə saytımız vasitəsilə kədərlərini çatdıranlar arasında ailənin dostları olan: Qasım müəllim və Tamaşa xanım da var. Onlar mərhuma Alahdan rəmət diləyir, doğmalarına səbr arzulayırlar. Allah rəhmət eləsin!

Almaz Səfərli

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …