Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / ABŞ-ın Azərbaycandakı keçmiş səfiri içki və qadın düşkünü olub?

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri içki və qadın düşkünü olub?

Jurnalist Sənan Nəcəfov: “Riçard Kozlariç o qədər içirdi ki, onu köməkçiləri sürüyərək aparırdılar”; Mehman Əliyev: “Məqsəd Kozlariçi gözdən salmaqdır”

Novella Cəfəroğlu: “İnsanı bu şəkildə təhqir etmək düzgün deyil”

Jurnalist Sənan Nəcəfov bir neçə gün öncə öz facebook səhifəsində ABŞ-ın 1994-97-ci illərdə Azərbaycanda səfiri olmuş Riçard Kozlariç barədə ittiham dolu status paylaşıb. Yazıda səfirin içki düşkünü, qadın aludəçisi olması, eləcə də, onun qanunla qadağan olunmuş təriqət və sektalara “əl tutmaqda” ittiham edilməsi ciddi müzakirə mövzusuna səbəb olub. 
S.Nəcəfovun statusunda bu sözlər yer alır: “Bu diplomatın fəaliyyəti hələ bir çoxlarının yaddaşından silinməyib. Bu adam rəsmi qəbullarda o qədər içirdi ki, köməkçiləri onu güclə sürüyüb maşına uzadırdı. Kozlariçin digər zəif nöqtəsi isə yüngül əxlaqlı qadınlar idi, ətək görən kimi ağlı başından çıxırdı. Bu diplomat Avropanın bir çox ölkələrində qanunla qadağan olunmuş dini təriqət və sektalara Azərbaycanda yaşıl işıq yandırmaq üçün ciddi cəhd göstərirdi.
Səfir Kozlariçin qadağan olunmuş təriqət və sektalara “əl tutmaqda” hansı məqsədlər güddüyü hələ də məlum deyil. O ya çox “dindar” adam idi, ya da şəxsi problemləri bu diplomatın şüurunu pozmuşdu.
Silviyo Matti Azərbaycana niyə gəlmişdi?
 
Image result for Sənan Nəcəfov
Yeri gəlmişkən, səfir Kozlariçin maraqlarını qoruduğu sektalardan birinə Silviyo Matti adlı şəxs rəhbərlik edirdi. Finlandiya vətəndaşı olan Matti hələ 80-ci illərin əvvəllərində sovet ittifaqından casusluqda ittiham edilərək qovulmuşdu. 90-cı illərin ortalarında isə Matti ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçin himayədarlığı ilə sekta rəhbəri kimi Bakıda peyda oldu. MKİ-dən əldə olunmuş məxfi məlumatlara görə, bu adamın vasitəsi ilə xüsusi xidmət orqanları Azərbaycanda xəfiyyə ovuna çıxıbmış…”.
Azərbaycanda səfir işləmiş dönəmlərdə Kozlariçi tanıyan şəxslərdən ittihamlara mövqe öyrəndik.
Image result for Mehman Əliyev
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”a ittihamların əsassız olduğunu söyləyib: “Şəxsən mən deyilənlərin şahidi olmamışam. Bu söhbət niyə indi ortalığa çıxır? O zamanlar mətbuat kifayət qədər azad idi. Əgər belə hallar olsaydı, çoxsaylı məlumatlar dərc olunardı. Amma belə məlumatlar heç bir mətbuatda getməyib. Bir məsələni də qeyd edim ki, Kozlariç deyilənlər kimi şəxs olsaydı, Rusiya, İran və digər dövlətlər bunu gündəmə çıxarardılar. Belə şeyləri gizlətmək mümkün deyil. O zamanlar Kozlariç barədə mətbuatda heç bir mənfi xəbərin şahidi olmamışam. Əgər varsa, çıxarıb ortaya qoysunlar. O zamanın mətbuatı indiki deyil. Kimsə mətbuatı idarə edə bilmirdi. 20 ildən sonra nəsə danışmaq olar, amma bunlar etik deyil. Əgər o vaxtı yazmayıblarsa, indi nə adla belə ittihamlar irəli sürmək olar? Məqsəd Kozlariçi gözdən salmaqdır. Çünki Azərbaycan hökumətini ən çox sərt şəkildə tənqid edən keçmiş səfirlərdən biridir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da keçmiş səfirlə bağlı ittihamların doğru olmadığını bildirib: “Onunla səfirlikdə görüşlərimiz olub. Çox normal insandır. Kozlariçdə deyilənlərin heç birini görməmişəm. Bunun üçün də onun haqqında nəsə deyə bilmərəm. İnsanı tənqid etmək olar, bunu qəbul edirəm. Amma təhqirləri qəbul etmək mümkün deyil. Kozlariç normal səfir idi, yaxşı da işləyirdi. Onun əxlaqsızlığını kimsə görə bilməzdi. Azərbaycanı orada tənqid edirsə, bu onun şəxsi fikirləridir. Bundan ötrü insanı bu şəkildə təhqir etmək düzgün deyil”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın