Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Abort tullantılarından gənclik cövhəri hazırlanır –Sensasion araşdırma

Abort tullantılarından gənclik cövhəri hazırlanır –Sensasion araşdırma

Müasir elm sübut edir ki, əsl sirlər xəzinəsi, cənnət bağı elə insan bədəninin özüdür. Ölməzlik genlərini də, dirilik almasını da elə insan bədəninin daxilində axtarmaq lazımdır – nəinki kənardakı Hesperid bağlarında. Bugünkü səyahətimiz həmin ölməzlik genlərinə – kök hüceyrələrə həsr edilib.
Müasir tibb elmi artıq öz sirlər xəzinəsini, qızıl almalarını bu mövzuda – kök hüceyrələrdə tapıb. Bu sahədə gur axtarışlar, tapıntılar sürət götürüb, bir an belə dayanmır. Burda həm müsbət irəliləyişlər var, həm də mənfi. Burda həm şeytan var, həm mələk. Həm dirilik suyunu içmiş Xızır İlyas, həm də zülmkar Zöhhak.
***
Qədim əcdadlarımız dünyaya yenicə gəlmiş çağaların göbəyini götürüb atmaz, onu adətən qoruyub saxlardılar. Hesab edərdilər ki, o bütün dərdlərə dərmandır. Min bir bəlanın əlacıdır. Qədim türklərdə buna xüsusi, ayrıca fikir verər, kəsilmiş göbəkləri balaca torbaya qoyub uşaqların boynundan asardılar. “Bu göbəkdən sonradan necə istifadə edərdilər?” sualına indi dəqiq cavab vermək mümkün deyil. Müasir tibb elmi, babalarımızın bu adətinə ancaq indi-indi bəraət verir. Hesab edir ki, dirilik suyu, ölməzlik dərmanı bax elə bu çağa, körpə göbəklərində, onların tərkibindəki ölməz kök hüceyrələrindədir.
***
Azərbaycan tibbi, bu vacib sahədə yerində saymır – o da kök hüceyrələr transplantalogiyasına qoşulmağa tələsir. Beləliklə, ölməzlik zərrəsi, dirilik suyu artıq özünə yeni ad qazanıb – ona indi “kök hüceyrələr tranpsplantalogiyası” deyilir. Qızıl almaları dərən müasir Məlik Məmmədlər isə ağ xələtli həkimlərdir. Onların sıralarında artıq Azərbaycan mütəxəssisləri də var.
Bu mövzunun ölkəmizdə ilk qaranquşu, baş mütəxəssisi professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov sayılır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə “Kök hüceyrə transplantasiyası” əməliyyatı həyata keçirilib. Əməliyyat Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikasında aparılıb. Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələri intraarterial yolla qaraciyərə trans edilib.
Image result for Abort əməliyyat
Əməliyyatda transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr. Qalib İmanov, Hematoloq Dr. Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı, Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova iştirak edib.
Məşhur həkim, Milli Məclisin deputatı Əhliman Əmiraslanov mövzudan kənarda qalmayıb, müsahibələrində dəfələrlə bu mövzuya toxunub. Əhliman Əmiraslanov bildirib: “Dünyada kök hüceyrələrinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu gün belə Kök Hüceyrə Mərkəzi yaratmaq üçün imkanımız, kadrlarımız var. Kadrlar Azərbaycandan kənarda yetişiblər. Biz belə bir mərkəz qurmaq üçün gecikmişik. Onu da nəzərinizə çatdırım ki, Türkiyədə kök hüceyrə mərkəzlərindən birinə də azərbaycanlı professor rəhbərlik edib”.
***
Image result for Əhliman Əmiraslanov
Müasir tibb xəbərləri arasında ən diqqətçəkəni, kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicəsidir. Zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə, əvvəlki funksiyaları bərpa edilir.
Tanış olun, zərərçəkən Aleksandr Zazulya. Qəza nəticəsində onun nəfəs yolları, hulqumu sıradan çıxıb. Alimlər əvvəlcə bu zədələnmiş bədən üzvlərini sünüsüylə əvəzləyirlər. Sonra kök hüceyrələri sünü hulqumun ətrafına yerləşdirib onun funksiyasını bərpa edirlər.
Daha bu möcüzəyə nə deyəsən?
İndi bildinizmi qədim türklər niyə ana ciftini, kəsilmiş göbəyi götürüb zibilliyə tullamırdılar? Kəsib, torbaya qoyur, uşağın boynundan asırdılar?
Image result for Pol Sharp
Möcüzələr davam edir – alimlər, kök hüceyrələrdən yeni diş yetişdirməyə girişiblər. Britaniyalı həkim Pol Şarp, bu sahədə xüsusən şöhrət qazanıb. Dişlərin kök hüceyrələri inkubatorlara yerləşdirilib. Sınaqlar başlayıb. Pol Şarp iddia edir ki, tezliklə diş həkimlərinin işi xeyli azalacaq. Kök hüceyrələri, dişlərə calaq ediləcək, son nəticədə dişlər kənar müdaxiləsiz özünü bərpa edəcək. Qısası, yaxın gələcəkdə kök hüceyrələr, təcili yardım heyətləri kimi, xəstələrin köməyinə çatacaq. Britaniya həkimləri kök hüceyrə donorları üçün xüsusi tibb çantaları hazırlayıblar. Babalarımız uşaq göbəklərini kisələrdə saxlayırdı. Təzə tibb çantaları isə, həmin torbalardan dəfələrlə etibarlı olacaq. İxtiranın müəllifi britaniyalı həkim Nik Feldir.
Məhz bu dəyərli, əvəzsiz xüsusiyyətlərinə görə bəziləri yenicə doğulmuş çağaların qanını “maye qızıl”, körpə ciftini, yəni plasendanı isə ölməzlik dərmanı bilərlər.
Image result for Abort əməliyyat
***
İndiysə keçək məsələnin mənfi tərəflərinə. Qədimlərdə deyirsiz bu sirləri bilmirdilər? Yox, səhv edirsiz, bilirdilər. Çağaları, körpələri elə beşiyindəcə məhv etmək, irağ olsun, yemək adətləri də görünür elə belə boş yerdən yaranmayıb. Qədim Zöhhak əfsanəsinin bu mövzuya birbaşa dəxli var.
Firdovsinin “Şahnamə”sinə görə, Zöhhaka qədər insanlar ət yemək nədi bilməzdilər. İlk dəfə bunu Zöhhak edir. Şeytan, öz növbəsində bunu bəyənir, Zöhhakı təqdir edərək hər iki çiynindən öpür. Ordan iki əfi ilan doğur və bu ilanlar yemək üçün hər gün özlərinə təzə-təzə körpələr, çağalar tələb edirlər. Dəmirçi Kavə axır buna son qoyur. Önlüyünü bayraq edib xalqı Zöhhaka qarşı üsyana qaldırır. Körpələrin, çağaların soyqırımına, şükür, xalq nöqtə qoyaraq Zöhhakı qətlə yetirir.
***
Image result for musa Quliyev
Nuru Bayramov başda olmaqla alimlərimiz bütün bu fəsadları indidən gözləri önünə gətiriblər. Kök hüceyrələrin transplantalogiyası ilə əlaqədar müvafiq qanun layihəsinin Milli Məclisə təqdim edilməyi, görünür, təsadüf deyil. Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Musa Quliyev kök hüceyrə mövzusunu ayrıca qeyd edib. Qanunvericilik işləri planına müəyyən təkliflər irəli sürüb. Mətbuatda bildirib: “Təəssüflər olsun ki, meyitlərdən orqanların götürülməsi ilə bağlı qanunlara dəyişiklik lazımdır. Bir çox xəstəliklər var ki, xəstələrimiz müalicə üçün xaricə gedirlər və sonra da nəzarətsiz qalırlar. Toxumaların, buynuzlu qişaların, kök hüceyrələrinin ölkəyə gətirilməsi haqda qadağa yoxdur. Amma bunların ölkəyə gətirilməsini təmin etmək üçün müvafiq qanun və direktiv yoxdur”.
***
İndi kök hüceyrə transplantologiyası vasitəsiylə bəzi imkanlı şəxslər gəncləşmək, cavanlaşıb təbiətə meydan oxumaq, yəni Zöhhak əfsanəsini yenidən canlandırmaq, dirçəltmək istəyirlər. Bütün bunlar son nəticədə həmin istifadəçiləri nağılların mənfi qəhrəmanlarına oxşadır. Tanış olun. Belələrindən biri də, Rusiyada kök transplantalagiyası sahəsində ad çıxarmış professor Liskodur.
Bu şübhəli şəxs, 80-ci illərin sonunda SSRİ-dən okeanın o tayına, ABŞ-a mühacirət edib. Orda, kök hüceyrə transplantologiyasının gələcək prespektivlərinə bələd olunca, gözləri alışıb yanıb. Qayıdıb vətəninə. 9 saylı Moskva doğum evi nəzdində “Kronas” tibb mərkəzini yaradıb. Rusiya siyasi elitasına, əbədi gənclik vəd edərək, fəaliyyətə başlayıb. Qısa zaman ərzində Rusiya siyasi, mədəni elitasını kök hüceyrə narkomanına çevirib. Və nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin diqqət mərkəzinə düşüb. Bəlli olub ki, professorun Amerikada çox saylı şübhəli əlaqələri var.
***
Kök hüceyrə köçürülməyində ciddi fəsadlar da mümkündür. Şou-biznes ulduzu Janna Friskenin faciləi ölümü burda çoxlarına ibrət ola bilər. 40 yaşında gəncləşmək sevdasına düşən bu pop-ulduzun bədəninə kök hücüyrələr yedizdirilir. Amma əməliyyatın nəticələri o qədər də xoşəgələn olmur. Tezliklə Jannanın beynində müəmmalı şiş əmələ gəlir və o, sürətlə qocalmağa başlayır. Jannanın ölümü ətrafında dedi-qodular mətbuatda hələ də davam edir. Məhz bu fakta görə Rusiya ictimaiyyəti, mətbuatı kök hüceyrə transplantalogiyasını yasaqlamağı indi israrla tələb edir. Mövzu ətrafında əməlli-başlı kriminal ovqat yaradılıb. Bəlli olub ki, professor Lisko, rus elitasını müəmmalı bir ünvana yığaraq vaxtaşırı orda qəribə gizli ayinlər həyata keçirir.
***
Jurnalistlər, həmin yeraltı ünvanda gizli videokameralar quraraq, belə toplantılardan birini lentə çəkməyə müvəffəq olublar. Həmin videomateriala sakir baxmaq indi də mümükün deyil.  Gizli kamera ilə çəkilmiş həmin nadir kadrlarda körpə, çağa ətinə susamışlar xüsusi ayində birləşiblər. Abort tullantılarını yuxarı qaldırıb öz şeytanlarına dua edirlər…
***
Kök hüceyrə transplanbtalogiyasında indi əsas məsələ, əks prosesi işə salmaqdır. Yəni, təcrübələr, tərsinə gedərkən də özünü doğrultmalıdır. Biz, qoca hüceyrələri, tərsinə yaşadıb, onu özünün ilk vəziyyətinə gətirib çıxarmalıyıq. Ana bətnindəki rüşeymlərə artıq bu zaman ehtiyac qalmayacaq. Gizli hannibalizm bax bu cür məhv ediləcək, inşallah.
***
ANS telekanalında çalışarkən biz mövzu ilə əlaqədar professor Nuru Bayramovla görüşə bildim. Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasındakı rahat kabinetində bizi qəbul edən professor, gözümüzə çox nikbin göründü o vaxt. Dedi ki, nigarançılığa əsla yer yoxdur. Qeyd etdi ki, ölkəmizdəki bütün abort tullantıları indən belə, Milli Məclis müvafiq qanun qəbul etdikdən sonra, xüsusi Kök Hüceyrə Mərkəzlərinə təhvil veriləcək. Seperasiya nəticəsində əldə olunan kök hüceyrələr, xüsisi müraciətdən sonra ağır xəstələrə köçürüləcək.
“Qorxmursunuz, varlılar bundan istifadə edib cavanlaşacaq, qocalığı kasıblara miras qoyacaqlar?” sualımızı o vaxt Nuru müəllim eşidib azca gülümsədi. Dedi, nigarançılığa çox da qapanmayaq.
Mən isə, Nuru müəllimin kabinetində dilimi çox da dinc saxlamadım.
“Kök hüceyrə transplantalogiyası həyatımıza geniş daxil olsa, dünyada ilk olaraq görünür məzarlıqlar, qəbirlər azalacaq. Qəbirlər ancaq kasıblara məxsus olacaq. Varlılar biokameralarda yaşayacaqlar. Hadisələr məşhur ”Dağlı” filminin süjetini təkrarlayacaq, Nuru müəllim” – deyib, professordan cavab gözlədim.
Professor, bu cür bədii suallara deyəsən hazır deyildi. Bu səbəbdən sualımızı sükutla cavablandırdı. Üzünü, arxasındakı divara çevirdi. Divarı bəzəyən çox saylı sənədlər, Nuru müəllimin elmdəki xidmət, nailiyyətlərini tam əks etdirirdi. Əyləşdiyim yumşaq kreslodan tənbəl-tənbəl ayrılaraq bu sənədlərə bir xeyli zilləndim.
İçimdən xoş bir dalğa qalxıb bütün vücuduma sahibləndi elə bil.
Kök hüceyrə transplantologiyasının müsbət  perspektivlərinə bir an inanıb, köksümü ötürdüm.
***
Yenə də qayıdıram əcdadlarımızın kəsib saxladığı, uşaqların yaxasından asdıqları göbəklərə.
Məncə, ölməzlik zərrəsi həmişə orda gizlənib.
Onu indi tapıb insanların istifadəsinə buraxmaq lazımdır.(musavat.com)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın