Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Abbas Abbasov sabiq deputatları, polis və icra qurumlarındakı tərəfdarlarını toparlayır – Sensasion iddialar

Abbas Abbasov sabiq deputatları, polis və icra qurumlarındakı tərəfdarlarını toparlayır – Sensasion iddialar

Baş nazirin sabiq müavinin Azərbaycandakı ətrafıyla Dubaya qədər uzanan biznesi haqda yeni xəbərlər var

Baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşayan və böyük bizneslə məşğul olmaqla yanaşı, oradan Azərbaycan siyasətində ciddi təsir göstərmək gücünə sahib olan Abbas Abbasov və yaxın ətrafının ölkəmizlə bağlı planları haqda yeni məlumatlar var.

Azinforum.az  “Reytinq” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın Qarabağdakı son durumda aldığı əsas roldan ruhlanan Abbas Abbasov və onun buradakı “kalon”u yeni iddialarla çıxış etməyə başlayıb.

Bildirilir ki, Rusiyanın Qarabağ probleminin həllində irəli sürdüyü formul istiqamətində müsbət irəliləyişlər olarsa, Abbas Abbasov və onun buradakı sadiq komandası yenidən itirilmiş mövqelərini daha təsirli formada bərpa edəcəklər. Maraqlıdır ki, artıq bu istiqamətdə ciddi işlərə  start verildiyi də iddia edilir:

“Bilirsiniz ki, Abbas Abbasov uzun illər Azərbaycanda yüksək vəzifə tutduğundan buradakı siyasi dairələrdə də şəbəkə qura bilib. Onun  bir neçə ilə əvvəl “Milyarderlər ittifaqı” və Rusiyadakı ən böyük diaspora təşkilatımız vasitəsiylə Azərbaycanda yaratdığı “fırtına”nı yəqin xatırlayırsınız. O zaman Azərbaycan iqtidarı çevik tərpənərək Rusiyanın “5-ci kalon”u və bu kalonun buradakı nümayəndələrinin bir qismini zərərsizləşdirə bildi. Hətta Abbas Abbasovun “bayrağı”nın altında olan məmurların çoxu vuruldu, deputatlara isə 2015 parlament seçkilərində yenidən şans tanınmadı. Bununla onun hakimiyyətin müxtəlif qollarındakı dayaq nöqtələri xeyli zəiflədilsə də, baş nazirin sabiq müavinini tam çökdürmək mümkün olmadı. Sözsüz ki, burada əsas səbəb ötən il Gəncədə kredit qalmaqalına görə həbs olunan qardaşı Nadir Abbasovun azadlığa buraxılması üçün vaxtı ilə Abbas Abbasova “Milyarderlər ittifaqı”nda çox mühüm dəstək verən Dağıstanın prezidenti Ramazan Abdulatipov oldu. Bəli, məhz o, Abbas Abbasovu  Azərbaycan iqtidarının cəngindən xilas etdi. Belə ki, Ramazan Abdulatipov ötən ilin oktyabr ayının 15-də Naftalana müalicə adıyla gəlsə də, əslində, məqsəd Abbas Abbasovun həbs edilən qardaşını azad etdirmək və onun oğlu daxil, yaxın ətrafının yenidən deputat mandatı qazanmalarına cəhd idi. Azərbayan prezidenti ilə görüşən Abdulatipov ona Abbas Abbasovun “tövbə” məktubunu təqdim edib, bir daha “çığallıq” etməyəcəyinin təminatını verdi. Bununla Nadir Abbasov azad olundu, ancaq oğlu Aydın Abbasov daxil olmaqla, bir neçə yaxın qohumu və komanda üzvü olan deputatların yenidən seçilmələrinə imkan verilmədi.  Abbas Abbasov isə vədə uyğun olaraq kölgəyə çəkildi. Ancaq sən demə, bu altı aylıq “gözdən itmə”, əslində, “tufanqabağı” sakitlik xarakteri daşıyırmış”.

Məlumata görə, Qarabağ məsələsində Rusiyanın aktiv rol almasından ruhlanan Abbas Abbasov və onun Bakıdakı tərəfdarları yenidən toparlanırlar:

“Onlar hətta Rusiyanınn Abbas Abbasovu baş nazir gətirəcəyini də dilə gətirlər. Üstəlik, 2015-ci il parlament seçkilərində mandatını itirən deputatlar yüksək dövləti vəzifələrə təyinat iddialarını ortaya qoymağa başlayıblar. Bu barədə bu günlərdə  saytlarda da maraqlı məlumat yayılıb. Bildirilib ki, Abbas Abbasov təkcə Rusiyada deyil, son vaxtlar Azərbaycanın daxilində də təşkilatlanmaya cəhd göstərir. Bu məsələdə ona dəstək verənlər arasında cənub zonasında ciddi dayaqlara malik olan nüfuzlu, tanınmış şəxslər, həmçinin, sabiq deputatlar, böyük biznesləri olan iş adamları da var. Sən demə, Gəncədə doğulan Abbas Abbasovun cənub zonası kimi həssas bir bölgədə böyük maliyyə imkanları və təsir gücünə sahib olan yaxın qohumları da varmış. Belələrindən biri də 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı Abbas Abbasov probleminə görə YAP-ın siyahısından çıxarılmış sabiq deputat, “Diplomat-1” şirkətinin sahibi Aslan Cəfərovdur”.

Mənbə yayılan məlumatlara istinadən bildirir ki, Aslan Cəfərov Azərbaycan cəmiyyətində çox tanınmasa da, o, Azərbaycan siyasəti və böyük biznes elitasındakı “kilid nöqtə”lər də böyük nüfuz sahibidir: “Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarə edicilərindən biridir. Söz yox ki, Abbas Abbasovun Aslan Cəfərova olan bu etimadı onun hansısa xüsusi qabiliyyətə malik olmasından deyil, bu, etimad çox yaxın qohumluq əlaqələrindən qaynaqlanır. Belə ki, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında “Buta” sarayında çox dəbdəbəli şəkildə həyata keçirilib. O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb.

Maraqlıdır ki, Abbas Abbasov kimi nəhənglə qohumluqdan sonra Aslan Cəfərovun da “ulduzu” parlamış və bu biznesmen 2010-cu ildə – 37 yaşında 77 saylı Astara seçki dairəsindən deputat da seçdirilmişdi. Ancaq Abbas Abbasovun son 3 il ərzindəki məlum fəaliyyəti 2015-ci il seçkilərində Aslan Cəfərovun da hakimiyyət tərəfindən qələminin qırılmasına gətirib çıxarmışdı.

Hazırda Aslan Cəfərovun biznes fəaliyyətini daha da genişləndirdiyi və tez-tez Moskvaya – Abbas Abbasovla görüşə gedib-gəldiyi də xüsusi vurğulanır”.

Məlumatlı şəxs deyir ki, son bir həftədə Rusiya rəsmilərinin Azərbaycana yüksək səviyyəli səfərlərindən ruhlanann Aslan Cəfərovla yanaşı, əslən cənub zonasından olan və  boyük imkanlara sahib vəzifə sahibləri də yenidən “boy” atmağa başlayıblar:

“Yayılan məlumatlara inansaq, Aslan Cəfərovun ən yaxın ətrafında icra və polis sistemində mühüm vəzifə tutan imkanlı şəxslər də var. Belələrindən biri də Dövlət Yol Polisində mühüm vəzifə tutan, adı Azərbaycan medisında “DYP-nin qara qutusu” kimi hallanan Müşfiq Rəhimov da var. Bu, o Müşfiq Rəhimovdur ki, onun doğulduğu rayondan savayı, Dubay, Türkiyə və digər öllkələrdə də böyük biznesi var. Hətta o, Azərbaycan prezidentinin fərmanına zidd olaraq Lənkəranda Xəzər dənizinin işlərinə doğru torpaq tökərək, möhtəşəm istirahət kompleksi yaradıb. Baş Dövlət Yol Polisi İdarəsində İmtahan-Qeydiyyat məsələlərinə tam nəzarət edən Müşviq Rəhimovun Lənkəranda dəyəri milyonlarla ölçülən “Xəzər Palase” adlı hotel-restoranında isə kimlərin toplantı keçirməsi isə başqa bir mövzunun söhbətidir. Yayılan məlumatlara görə, onun da adı  Abbas Abbasovun istər Azərbaycan, istərsə də Türkiyə, Dubay, Rusiya, hətta ofşor zonalardakı bizneslərində pay sahibi kimi gündəmə gətirilməyə başlanıb.

Məlumat üçün onu da bildirim ki, Müşfiq Rəhimov DYP sistemində böyük nüfuz sahibidir. Bu adamın atası vaxtı ilə Lənkəranda univermaq müdiri olub. Özü isə gəncliyindən yol polisi sistemində işləyib. Yəni polis sistemində ömrünü keçirən bir şəxsin bu qədər sərvətə necə sahibləndiyi bir başqa araşdırma mövzusu olsa da, hələlik onu qeyd etmək olar ki, o, Aslan Cəfərov, yol polisi sistemindəki nüfuzlu generallardan birinin oğlu ilə bəzən il ərzində 4-5 dəfə xaricə istirahətə gedirlər. Çox maraqlıdır ki, bu adamlar dünyanın ən bahalı istirahət mərkəzlərində dincəlirlər…”.

Məlumatlı şəxs Abbas Abbasovun Aslan Cəfərov-Müşfiq Rəhimov tandeminin simasında Azərbaycandakı bəzi vəzifə sahiblərini də özünə tərəf cəlb etməsini istisna etmir: “İndi elə bir durumdur ki, Abbas Abbasov əvvəlki taktika ilə işləmir. O, bu dəfə komandasını gizli şəkildə böyütmək, eyni zamanda iqtisadi gücünü daha da genişləndirməklə, Azərbaycan iqtidarına sözünü demək istəyir. Hətta onu da iddia etmək olar ki, o, bir neçə il əvvəlki açıq savaşı ilə nələri itirdiyindən ibrət alıb. Ona görə də baş nazirin sabiq müavininin müxtəlif dövlət qurumlarında təmsil olunan komanda üzvlərinin vəzifələrini daha da yüksəldib,  iqtidarı daxildən fəth etmək planı üzərində işlədiyi də diqqətdən qaçmamalıdır. Açığı, Abbas Abbasov kimi çevik bir adamdan bunu da gözləmək olar”.

Mənbə sonda sabiq deputat Aslan Cəfərovla Müşfiq Rəhimovun Azərbaycanda, o cümlədən Türkiyə, Dubay və digər ölkələrdəki biznes şəbəkəsiylə bağlı bəzi məqamları da açıqlayıb…

Bunlarla bağlı araşdırmalarımız olacaq.

Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın