Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / 70 min oğurlayanın atası “Cahan Holding”də rəhbər imiş… – Foto

70 min oğurlayanın atası “Cahan Holding”də rəhbər imiş… – Foto

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Gəncədə holdinqə məxsus seyf oğurlanmışdı. Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər saxlanılıb. 

Bu gün isə Daxili İşlər Nazirliyi sözügedən hadisə ilə bağlı məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, nazirliyin yaydığı məlumatda qeyd olunur ki, oğurluq  “Cahan Holding” MMC-nin Gəncə şəhər filialında baş verib. Quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparanGəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar.

Qeyd edək ki, saxlanılan Asif Əliyev “Cahan Holding”in Gəncə nümayəndəliyin rəhbəri Azər Əliyevin oğlu, Vasif Əliyev isə qardaşı oğludur.

70 min oğurlayanın atası “Cahan Holding”də rəhbər imiş... - Foto

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın