Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Eldar Abbasovun da işində müxtəlif qüsurlar var

Eldar Abbasovun da işində müxtəlif qüsurlar var

13 saylı TSEK-in sədri yaxın qohumu Qüdrət Paşayevə arxalanaraq özbaşına əməllər törədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdində fəaliyyət göstərən Tibbi Sosial-Ekspert Komissiyalarının (TSEK) bir neçəsində müxtəlif səpkili problemlər hələ də qalır. İnsaf naminə qeyd etməliyik ki, Səlim Müslümovun nazir təyin olunmasından sonra bu sahədə çoxlu islahat aparılıb. Bunun nəticəsi olaraq vətəndaşların əlillik dərəcəsi almaq məsələsində şəffaflıq mühiti yaradıldı. Amma bütün bunlara baxmayaraq, bəzi komissiya sədrləri əlillik dərəcəsi almaq istəyən insanları süründürməçiliyə məruz qoyurlar. 13 saylı Abşeron TSEK-in sədri Eldar Abbasovun da işində müxtəlif qüsurlar var. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur. Məlumatlı şəxsin bildirdiyinə görə, komissiya rəhbəri heç kimdən və heç nədən qorxmadan, çəkinmədən qanunsuz əməllərlə məşğul olur: «O, əlillik dərəcəsi almaq üçün komissiyaya üz tutan vətəndaşları heç bir səbəb olmadan incidir. Açıq şəkildə fiziki qüsuru olan insanlara deyir ki, gedin filan qədər gətirin sizə qrup müəyyən edim. Onun «şərtləri» ilə razılaşmayan vətəndaşlar əlillik dərəcəsi ala bilməz. Həqiqi xəstəliyi olan, lakin Eldar Abbasovun istəklərini yerinə yetirmək imkanında olmayan şəxslər TSEK sədrinin qəzəbinə tuş gəlir və get-gələ salınırlar. Komissiya rəhbərinin yersiz tələblərinə razılıq verən vətəndaşlar isə qısa müddətdə əlillik qrupu ala bilirlər. Saxta sənədlərlə komissiya tərəfindən əlil kimi qeydiyyata alınan insanların sayı onlarladır. Müvafiq araşdırma aparmaqla bunu müəyyənləşdirmək olar. Xəstəlik və əlilliyə görə təqaüdə çıxmaq üçün sadəcə, sədrin «təklifini» yerinə yetirmək kifayətdir. Bu adam nazir Səlim Müslümovun sözügedən sahədə gördüyü işlərə kölgə salır. Belə ki, o, ekspertizadan keçdikdən sonra doğrudan da xəstəliyi məlum olan və xəstəliyə görə pensiya müəyyənləşən insanları incidir. Abşeron TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır». Qısa araşdırmalar nəticəsində məlum oldu ki, TSEK sədrinin özünə arxayınlığının səbəbi onun Gədəbəy Rayon İcra Hakimiyyətində birinci müavin işləyən qohumu Qüdrət Paşayevlə bağlıdır: «Komissiya sədri ilə icra hakiminin birinci müavini yaxın qohumdur. Eldar Abbasov məhz ona güvənərək özbaşına əməllər törədir. O əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi həkim komissiyasının baş həkimi işləyib. Daha sonra vəzifədəki qohumlarının dəstəyi ilə Abşeron TSEK-ə sədr gətirilib.

Sabiq nazir Füzuli Ələkbərovun vaxtında vəzifəyə qoyulub. Komissiya rəhbəri hərbi xidmətdən yayınmaq istəyən gənclərə də saxta əlillik dərəcəsi verməkdə ittiham olunur. Deyilənə görə, o hərbi komissarlıqda işləyəndə pensiyaya çıxıb. Təqaüddə ola-ola tibbi-sosial ekspert komissiyasının sədri təyin edilib». Onun barəsində başqa maraqlı məlumatlar da yer almaqdadır. Bu haqda isə növbəti sayımızda ətraflı məlumat verməyə çalışacağıq. Biz inanırıq ki, nazir Səlim Müslümov işinə laqeyd münasibət bəsləyən komissiya sədri ilə bağlı tezliklə tədbir görəcək və insanları saxta yolla əlil edən Eldar Abbasov layiq olduğu cəzanı alacaq. Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sabiq sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2012-ci ildə araşdırma aparılıb. Müəyyən edilib ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində E.Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Fakta görə E.Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. O təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Gundelik-Baku.com

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın