Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Gündəm / 40 mindən artıq “Fətullah Gülənçi”nin yazışması deşifrə olundu

40 mindən artıq “Fətullah Gülənçi”nin yazışması deşifrə olundu

Türkiyə Təhlükəsilzik xidməti əməkdaşının verdiyi məlumata görə, Fətullah Gülən Camaatının on minlərcə üzvünün şifrəli və gizli yazışmaları  hərbi çevrilişdən öncə müəyyən olunub. “Bu uzun müddət aparılan bir əməyin nəticəsidir. Paralel dövlət qurulması istiqamətində aparılan gizli xəbərləşmə mexanizmi ortaya çıxarılıb. Bu şifrəli mesajlar nəticəsində 40 mindən artıq  insanın adı, telefon əlaqələri, kimlik nömrələri təsbit edilib”.
Moderator.az “CNNTÜRK” – ə istinadən xəbər verir ki, xüsusi xidmət orqanının əməkdaşı bu bilgilərin Baş Qərargahda və Təhlükəsizlik qurumlarında deşifrə edildiyini deyib: “Bunu fərq edən Fətullah Gülən Camaatı  çevriliş palnlarını tezləşdirməyə çalışıblar”.
Xüsusi xidmət orqanı əməkdaşı deyib ki,  şifrəli yazışma Fətullah Gülənin icazə verdiyi şəxslər tərəfindən həyata keçirilib.
Gizli yazışmalar deşifrə edilən insanlar arasında əsasən hərbçilər, polis, elm adamları, müstəntiqlər, prokurorlar, həkimlər və digər insanlar olub.
CNNTurk yazır ki, çevriliş cəhdindən 3 gün öncə, iyulun 12-də 600 zabitin Paralel dövlət qurulmasında əli olduğu təsbit edilib. “Bu məlumatlar Baş Qəraqgaha təqdim ediləcəkdi. Onların məsələsi  avqust ayında  Yüksək Əsgəri Şurada qaldırılıb ordudan uzaqlaşdırlacaqdı”.
CNNTurk  digər bir mənbəyə görə 110 min insanın şifrəli yazışmasının olduğunu qeyd edib.
Məhz bunun nəticəsidir ki, 15 iyul hadisələrinə görə, 50 minə yaxın insan öz vəzifəsindən çıxarılıb. Minlərcə insan isə həbs edilib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın