Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / 3 hektarlıq ərazidə 18 villası var… – Bakı merinin “fağır adamı”…

3 hektarlıq ərazidə 18 villası var… – Bakı merinin “fağır adamı”…

Təəssüf hissilə də olsa, qeyd etməliyik ki, son dövrlər bir sıra dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən elan edilən tenderlərin keçirilmə mexanizmi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil. Bununla bağlı aparılan araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, tenderlərdə, satınalmalarda şəffaflığın olmaması sonda ölkə vətəndaşlarının həyatına birbaşa təsir edir. Məsələn, əgər dövlət hesabına on kilometr yol tikintisinə bəs edəcək vəsaitlə cəmi bir kilometr yol salınırsa, bu, sonda yolsuzluqdan əziyyət çəkən vətəndaşlarının işini bir xeyli ağırlaşdırır. Ümumiyyətlə, qeyri-şəffaf tenderlərin ziyanını insanların gündəlik həyatında da məsələn, kommunal xərclərində hiss etdiklərini vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, hazırda müxtəlif dövlət qurumları tərəfindən elan edilən tenderlərin əksəriyyətinin qalibi olan şəxslərdən biri də özünü hər yerdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim edən Ramazan Məmmədovdur: «Deyilənlərə görə, Ramazan Məmmədovun iştirak etdiyi tenderlərin qalibi əksər hallarda öncədən bəlli olur və bu proses sonradan gözdən pərdə asmaq üçün rəsmiləşdirilir. Belə ki, həmin tenderlərin böyük əksəriyyəti sonda özünü hər yerdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim edən şəxsin qələbəsilə nəticələnir. Onu da nəzərinizə çatdırım ki, indiyədək müşahidə olunan budur ki, tender keçirən nazirlik, komitə və dövlət şirkət rəhbərləri özləri dövlət vəsaitlərinin hansı şəxsin hesabına keçirilməsini öncədən müəyyən edirlər. İş o yerə çatıb ki, elektron satınlamalar bir yana, heç bağlanan müqavilələr haqqında müvafiq qurumlar tərəfindən doğru-dürüst məlumat belə açıqlanmır. Təkcə onu demək kifayətdir ki, satınalan təşkilatların təqdim etdikləri protokollar əsasında bağlanmış müqavilələr haqqında rəsmi məlumat bazasında yetərli bilgilərə rast gəlinmir. Düzdür, bəzi büdcə təşkilatları və dövlət müəssisələri tenderlərin nəticələrini operativ təqdim etsələr də, bu, faiz etibarı ilə çox az bir hissəni əhatə edir. Yəni tender elan edən dövlət qurumlarının, idarə, təşkilat və müəssisələrin böyük əksəriyyəti bununla bağlı informasiyaları maksimum gizli saxlamağa çalışır. Bu isə keçirilən tenderlərin şəffaflığı ilə bağlı ciddi şübhələrin yaranmasına gətirib çıxarır. Deyilənlərə görə, məhz bu cür şübhəli məqamların bir çoxunda Ramazan Məmmədovun adı hallanır. Belə ki, o, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi olduğunu bildirməklə əksər hallarda maraqlarını təmin etməyi, müxtəlif dövlət qurumları tərəfindən elan olunan tenderləri udmağı bacarır». Bu arada, əksər dövlət qurumları ilə bağlı təmir-tikinti işlərinin də Ramazan Məmmədovun nəzarətində olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, o, kifayət qədər böyük kapitala sahibdir: «Deyilənlərə görə, Ramazan Məmmədovun Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdə nəhəng biznes obyektləri, daşınmaz əmlakları, ticarət obyektləri var. Hələ bu, harasıdır. Onun oğlanları hələ xeyli cavan olsalar da, artıq onların adına müxtəlif firmalar mövcuddur. Onlar da ataları kimi təmir-tikinti işlərilə məşğul olurlar. Ramazan Məmmədovun oğlanlarının da dəyəri milyonlarla olan bağ evləri, obyektləri, biznes strukturları var. Onu da qeyd edim ki, Ramazan Məmmədovun 3 hektarlıq ərazinin içərisində 18 villası var. Və həmin villalar qeyri-adi təmiri, xarici görkəmilə diqqət cəlb edir. Deyilənlərə görə, özünü Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim edən Ramazan Məmmədov həmin villaların birinin tikintisi üçün milyonlar xərcləyir. Ortalama götürsək, həmin 18 villa və onun yerləşdiyi 3 hektarlıq ərazinin ümumi qiyməti 100-200 milyon arasında dəyişir. Bildirilir ki, o, bu boyda sərvəti məhz tenderlər zamanı layihədə qiymətlərin bir neçə dəfə şişirdilməsi nəticəsində əldə edib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın