Cümə , Noyabr 27 2020
Ana səhifə / Gündəm / Alparslan Türkeşin Ermənistan prezidenti Petrosyanla gizli görüşməsi – ARAŞDIRMA

Alparslan Türkeşin Ermənistan prezidenti Petrosyanla gizli görüşməsi – ARAŞDIRMA

Çox güman ki, milliyətçilərin başbuğu adlanan  Alparslan Türkeşin,1993-cü ildə Fransada Ermənistan prezidenti Petrosyanla gizli görüşməsindən və ardından tez-tez ermənistan təmsilçiləri ilə əlaqələrindən Azərbaycan milliyətçiləri xəbərsizdilər. Açığı, bu faktları oxuyana qədər məndə xəbərsiz idim.Bu yazı 2005-ci ildə Türkiyəli araşdırmaçı-yazar,telejurnalist və Cumhuriyyət qəzetinin baş redaktoru Can Dündar tərəfindən yazılmışdır.Can Dündar 2005-ci ilin aprel ayında Salzburqda “Türk-erməni tarixçilərin buluşması” konfransında,Samson Özararat adlı bir şəxslə tanış olur. Samson, Türkeşlə-ermənistan təmsilçilərini bir araya gətirən şəxsdir. Həm Ermənistan,həm də Türkiyə höküməti tərəfindən yaxşı tanınan biridir. Samsonun kim olduğu burada yazılır.Özararat Salzburqda 12 ildir gizli saxladığı tarixçəni Can Dündara danışır.(1993-2005) 12 ildir  saxlanan bu tarixçə, həm qardaş Türkiyə mətbuatından,həm də Azərbaycan mətbuatından gizli saxlanılırdı.Nəyə görə?!

t1

Bunu yazmaqda məqsədim,gizli qalan tarixin hər kəsin bilməsidir. Qardaş Türkiyə mətbuatında bu tarixçə illər əvvəl yazılıbdır.

SAMSON ÖZARARAT açıqlayır:

‘600 illik əlaqənin qəzası’

1993 əvvəli idi. Ermənistan müstəqilliyini elan edəli 2 il olmuşdu.

İrəvana Rus köməyi kəsilmiş, ölkə qış ortasında buğdasız qalmışdı. Amerikadan göndərilən yardım çatana qədər çörək qıtlığı baş göstərəcəkdi.

Samson Özararat, o dövr Fransada, Avropadan Ermənistana gedən humanitar yardımları təşkil edən bir dərnəyin başçısı idi. Bu böhrandan bir əməkdaşlıq fürsəti yaratmağı düşündü: “Görəsən Ermənistana lazım olan buğdanı Türkiyə borc verə bilməz idimi?”

Bu addım, İrəvanda bir simpatiya yaradardı. Təklifini “ən üst səviyyədə” Türk səlahiyyətlilərə çatdırdı: “100 min ton buğdaya ehtiyacları var. Siz 200 min ton göndərin, əlaqələrin qarşısını açın” dedi.

t2

Türkiyə qərarsız qaldı bir müddət … “Milliyyətçilər” in və azərbaycanlıların reaksiyasından qorxdu. Bakının nəbzi yoxlandı. “Çörək əsas məslədirsə düşmənliyin sözü olmaz” cavabı gəldi.

Bunun üzərinə -bir az gecikməklə- İrəvana 41 min ton buğda göndərildi.

Elə o dövrdə Özararat, iqtidarı narahat edən “Milliyyətçilər buna nə deyər?” reaksiyasını öyrənmək niyyətiylə bir təmas axtarışına girişdi.

Madam ki maneə olaraq “milliyyətçilər” görünürdü, o halda əvvəl onları razı etməliydi. Problem ancaq zidd qütblərin bir-birinə yaxınlaşmasıyla həll ola bilərdi.

Bir qütb, Alpaslan Türkeşdi.

Əvvəl Türkeş xüsusi yardımçısı ilə tanış oldu:

“Türkeşlə bu mövzuları danışmağı arzu edirəm” dedi. Bunun üzərinə onu Parisdə Türkeşin yaxın bir təqaüdçü generalla tanış etdilər. Dərdini ona da izah etdi. Bir neçə gün sonra xəbər gəldi:

“Türkeş sizi gözləyir!”

t3

 

Sözü Türkeş aldı                                 

1993-ci ilin fevralında Özararat Ankaraya getdi. Sürmeli Otelinə yerləşdi. Şagirdlik illərini keçirdiyi Ankaranı gəzdi bir az … narahat idi.

“Mən köhnə ODTÜ’lüyüm. Sol sempatizanıydım. Türkeşə qarşı kin dolu idim. Ağlımdan həmişə köhnə dövrlər keçirdi. Qorxurdum. Çətinlikdən mədəm pozuldu. Görüşməyə qarnımda qorxuyla getdim yəni …”

Sonra MHP’liler aldı özünü …

Bir evə aparıldı. Orada çay içdilər. Bir müddət sonra oradan qalxıb başqa bir evə getdilər. Bir çay da orada … Yenə ev dəyişikliyi …

Oradan gəlib Tuğrul Türkeş aldı özünü …

Nəhayət Esat’taki iş yerinə gəldi MHP lideri … Yanında bir millət vəkili var idi. Özararat özünü tanıtdı, niyyətini izah etdi. Və sözü Alpaslan Türkeş aldı:

“Çıxışının başında, Türkiyə-Erməni əlaqələrini geniş bir perspektivdən izah etdi. ‘Türklərin ermənilərlə əlaqəsi 1915-ci ildə başlamamışdır. 600 illik bir müştərəkliyimiz var. Birlikdə türkülər, yeməklər icad etdik. Qız aldıq verdik’ dedi və mənə suallar soruşmağa başladı:

‘Malazgirt Savaşında Türklərin ermənilərlə birlikdə qazandığını bilirsənmi?

‘İstanbulun alınmasında ermənilərin etdiyi qəhrəmanlıqlardan xəbərin var mı?

‘Fatih Sultan Məmmədin Erməni Patrikxanasını necə bir fərmanla açtırdığından xəbərdarsanmı?

‘Çanaqqalada Atatürkün yanında döyüşən erməni əsgərlərin adlarını bilirsənmi?

‘Atatürkün bu gün istifadə etdiyimiz əlifbanı Erməni dil alimi Aqop Martayan’a hazırlattığını və sonra ona Dilaçar soyadını verdiyini bilirdiniz?’ ”

‘Atatürkün imzasını bir Erməni gözəl yazı müəlliminin çəkdiyini eşitmişdin?’ ”

‘Barmağımı dişlədim’

Özararat, üst üstə gələn bu suallar qarşısında çaşbaşa dönmüşdü.

“Mən Türkiyədə oxudum amma bunların heç birini eşitməmişdim” dedi.

Bunun üzərinə Türkeş bunları söylədi:

“Tarixə belə geniş bir perspektivdən baxmaq lazımdır. 1915 bu 600 illik əlaqənin bir qəzasıdır. Hadisələrdə xarici dövlətlərin çox dəxli var. Buradakı insanları istifadə etmək istəmişlər. Bizimkilərin də qəbahəti var, amma indi edilməsi lazım olan bu qəzanı kompensasiya edib köhnə dostluğu davam etdirməkdir.”

t4

Özararat, ilk dəfə Türkiyədən birisindən belə bir yanaşma istilədirdi. Üstəlik danışan, “milliyətçilərin rəhbəri” olaraq bilinən adamdı.

Çaşmışdı. Barmağını dişləyirdi.

Türkeş “Nə edirsən?” deyə soruşdu.

“Eşitdiklərim doğru mu, yuxu görürəm deyə barmağımı dişləyirəm” dedi Özararat …

Bunun üzərinə Türkeş, Özararat’ı yanına çağırdı, yanaqlarından öpdü, “Çox dobra insanmış” dedi.

‘Anlatsam, inanmazlar”

Danışma bitincə Özararat, “Hörmətli Türkeş” dedi, “… Mən icazəsiz bir insanam. Bu dinlədiklərimi anlatsam kimsə inanmaz. Amma Ermenistandakıların bilməsində fayda var. Bu söylədiklərinizi Ermənistan Respublika başçısına da söyləyə bilərsinizmi?”

“Təbii söyləyərəm” deyə cavabladı Türkeş …

Özararat, “Petrosyan, Martda Parisə gələcək. Onunla danışım, bəlkə orada görüşə bilərsiniz” deyərək ayrıldı.

Həmən telefon başına qaçdı. Təklifini Petrosyana çatdırdı.

İrəvan, təklifi araşdırmağa aldı.

Tərəddütdə idilər. MHP-nin keçmişi ürkütücüydü. Üstəlik partiyanın xalı yüzdə 10-un altında idi. Ona görə bu görüşün səmərəli olub olmayacağından əmin deyildilər.

Özararat, “MHP-nin razı etmək əhəmiyyətli” deyə israr etdi. Oxşar sıralarda Türkeş də həm dövləti, həm də Azərbaycan səlahiyyətlilərini əlaqələrdən xəbərdar edirdi. Belə bir diyaloqun, sürməkdə olan Azeri-Ermeni döyüşünə də həll gətirmək ümidiylə hər kəs dəstək verdi. Üstəlik ortada bir də qarşılıqlı əsirlər problemi vardı.

Nəhayət İrəvandan da görüş qərarı çıxmasıyla Paris görüşməsi qətilik qazandı.

Seymur SÜLEYMANOV

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı – Şirkəti ermənilərə un göndərib?

Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı …

Bir cavab yazın