Ana səhifə / Gündəm / 26 tibb bacısının diplomu saxta çıxdı – Azərbaycanda

26 tibb bacısının diplomu saxta çıxdı – Azərbaycanda

Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26  saxta diplom aşkarlanılıb.

“ Azinforum.az ” xəbər verir ki, bunu Lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. E.Əzizov bildirib ki, diplomu saxta çıxmış 26 şəxsin hamısı orta tibb işçisidir: “Ümumiyyətlə, araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərəm ki, orta tibb işçiləri, yəni tibb bacıları sənədlərini daha çox saxtalaşdırmağa meyilli olurlar. İndiyə qədər diplomu saxta çıxan tibb işçilərinin 99%-ni orta tibb işçiləri təşkil edib”.

Qurum rəsmisi əlavə edib ki, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib: “ Bu tibb işçilərinin bəziləri artıq işləyir, yəqin ki, işlərinə xitam veriləcək. Bəziləri isə işlə bağlı müraciət edəndə diplomunun saxta yolla əldə edildiyi müəyyən olunub”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın