Ana səhifə / Gündəm / 26 saylı şəhər poliklinikasında qeyri-qanuni arayış verilir?  

26 saylı şəhər poliklinikasında qeyri-qanuni arayış verilir?  

Baş həkim Aida Məmmədova özbaşına əməllərə yol verir Paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsi 43 a ünvanında yerləşən 26 saylı şəhər poliklinikası ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Baxmayaraq ki, ölkənin səhiyyə sistemində bir sıra islahatlar həyata keçirilir, lakin bu sahədə mövcud problemlər durmadan artır. Sözügedən poliklinikada da tibbi xidmətin keyfiyyəti çox aşağıdır. Bu isə poliklinikaya rəhbərlik edən şəxsin işinə olan məsuliyyətsizliyinin nəticəsidir. Rəhbərlik edən şəxs müvafiq məsuliyyətə malik olmalıdır. Lakin bir çox hallarda biz bunun tam əksi ilə rastlaşırıq. Baş həkim Aidə Məmmədovanın rəhbərlik etdiyi 26 saylı şəhər poliklinikasında vəziyyət həddindən artıq acınacaqlıdır. Dövlətin balansında olan tibb ocaqlarında əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına baxmayaraq, 26 saylı şəhər poliklinikasında tibbi xidmət üçün xəstələrdən nəsə umurlar. Baş həkimdən tutmuş tibb bacılarına qədər hər kəs pasiyentlərin cibini güdür. Pul verməyən xəstələr isə nə əməlli müayinədən keçə bilirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunur. Əldə etdiyimiz digər bir məlumat görə həmin poliklinikanın baş həkimi qeyri-qanuni arayış verməklə məşğuldur. Bizə verilən məlumatlarda göstərilir ki, bülletenlər, 88 saylı forma və digər arayışların verilməsini əsl qazanc fəaliyyətinə çeviriblər. Poliklinikaya arayış üçün müraciət edən şəxslər heç bir yoxlamadan keçmədən nəyinsə qarşılığında arayış alaraq çıxıb gedirlər. Deyilənlərə görə, bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verilən əlillik barədə arayışın alınması üçün bir sıra tələblər irəli sürülür. Həmin tələbləri yerinə yetirdikdə arayışla təmin olunmaq mümkündür. Əks halda isə arayış almaq mümkün deyil. Mənbə bildirir ki, sözügedən tibb müəssisəsinin baş həkimi poliklinikada ölü canlar saxlayır. Belə ki, baş həkim bəzi yaxın adamlarının adını poliklinikaya işçi kimi yazdıraraq onların maaşını da özününküləşdirir. Təəssüflə də olsa qeyd etməliyik ki, bütün bu neqativ hallar barədə aldığımız məlumatları artıq bir neçə dəfə qəzetimizdə dərc etsək də, indiyədək nə Səhiyyə Nazirliyinin, nə də digər aidiyyəti qurumların diqqətini problemə cəlb edə bilməmişik. Bu isə öz növbəsində bir tərəfdən Nizami rayonunun sakinlərinin narazılıqlarına, digər tərəfdən də 26 saylı şəhər poliklinikasında yol verilən özbaşınalıqların getdikcə daha da artmasına yol açır. Baş həkim Aidə Məmmədovanın işinə laqeyd münasibətinin nəticəsidir ki, 26 saylı şəhər poliklinikasının fəaliyyətində ciddi nöqsanlara yol verilir. Baş həkim daxil olmaqla digər həkimlər də işə vaxtlı-vaxtında gəlmirlər. Bu baxımdan da xəstələr saatlarla gözləməli olurlar. Bu da Nizami rayonunun sakinlərinin ciddi narazılığına əsas yaradır. Ona görə də 26 saylı şəhər poliklinikasında sabiq baş həkimin dövründən qalan problemlər hazırkı baş həkimin də dövründə öz aktuallığını qoruyub saxlayır. Təəssüf ki, baş həkim Aida Məmmədova tibb ocağında mövcud olan köhnə problemləri aradan qaldıra bilmədi. Həkimlər və tibb bacıları əvvəlki qaydada xəstələrin hüquqlarını pozur, onların pulsuz səhiyyə xidmətlərindən istifadəsinə şərait yaratmırlar.

gundelikbaku.com

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın