Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Gündəm / 2020-ci ilə qədər dünyada intiharların sayı kritik həddə çatacaq

2020-ci ilə qədər dünyada intiharların sayı kritik həddə çatacaq

Dünyada yaşlılar intihar edir, Azərbaycanda isə kasıb gənclər

Azərbaycan insanı bu kimi hadisələri bəzən film kimi izləyir. Adamın biri körpüyə çıxır, aşağıdakılar telefon əllərində olanları çəkirlər. İnsanlar kasıblığın girdabında boğulur, çıxış yolu üçün çarə tapmır və intiharı seçir. Əslində isə intihar insanın düşünülmüş şəkildə özünün ölümünə yol açma aksiyası olaraq tanınır. İntihar haqqında ən geniş yayılmış fikir bundan ibarətdir ki, insanlar öhdəsindən gələ bilmədikləri duyğuları düzənləmək üçün intiharı yeganə çıxış yolu olaraq görürlər. 
İntiharın səbəbləri kimi daha çox cinsi, sosial-iqtisadi durum pozuntuları, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, təzyiqə meyillilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir. Son illərdə uşaqların ölümü ilə bağlı aparılmış tədqiqatlar uşaqların ölümün həqiqi mənasını qavraya bilməməsinin də intihar cəhdi üçün risk faktoru ola biləcəyini irəli sürür.
Həmçinin, depressiyanın da yetkin insanlarda olduğu kimi, gənclərdə də vacib risk faktoru olduğu vurğulanır.
İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədikdə tənqidə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər uşaq və gəncləri intihar cəhdlərinə yönəltməkdədir.
Ölkəmizdə də son dövrlərdə yaşanan intihar səbəblərindən biri kimi öz torpaqlarımızdan məcburi köçürülmə amilini də qeyd edə bilərik. Son dövrlərdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər daha da dözülməz hala gəlmişdir. Öz dədə-baba yurdundan, böyüdüyü torpaqdan ayrı düşmək, gözü qarşısında uşaqların, qocaların, qadınların, kişilərin min cür işgəncə və əziyyətlə öldürülməsi qaçqın və məcburi köçkünləri bir çoxunu intihara vadar etmişdir.
Bütün bu deyilənləri ümumiləşdirərək intiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Psixi xəstəliklər
2. Sosial səbəblər
3. Psixoloji səbəblər
4. Bioloji səbəblər
5. Genetik yaxınlıq
6. Fiziki xəstəliklər
İntihara səbəb olan psixi problemlər bunlardır:
1. Depressiya
2. Şizofreniya – intihar edənlərin 10%-də şizofreniya müşahidə olunur.
3. Spirtli içkilərdən istifadə
4. Narkotik maddələrdən asılılıq
5. Şəxsiyyət pozuntusu
6. Yüksək həyəcanlılıq
2. Sosial səbəblər
Ailə bağları zəifdirsə, intihar da çoxdur 
Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən-ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur. Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd edib:
– eqoistik intihar – öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
 
– anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir. Məsələn, hər iki dünya müharibəsində bütün Avropa ölkələrində intihar faizi digər dövrlərə görə artıb.
– alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.
3. Psixoloji səbəblər
Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.
4. Bioloji yaxınlıq
Beyindəki serotonin maddəsinin (“xoşbəxtlik hormonu” -red.) azalması intihar ehtimalını artırır.
5. Ailəvi yaxınlıq
Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.
6. Fiziki xəstəliklər
Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana nisbətən daha çoxdur.
Diqqət! Adam bunu edirsə, intihara hazırlaşır deməkdir.. 
Yaxşı, bəs bir insanın intihara hazırlaşdığı necə hiss edilir? Bunu ifadə etmənin hansı yolları var. İntiharların çoxunda bu aksiyadan öncə xəbərdarlıq xarakterli bəzi əlamətlər özünü göstərir. Bu əlamətlər aşağıdakılardır:
– adam fasiləsiz olaraq ölümdən bəhs edir, düşüncələri bununla məşğuldur;
– adamda klinik səviyyədə depressiya mövcuddursa;
– adam ölümlə sonuclanacağı hiss edilən riskli davranışlar sərgiləyirsə. Məsələn, həyati əhəmiyyətli dərmanları qəbul etməkdən imtina edirsə, sürətli maşın sürürsə, bir sözlə, həyatını riskə atırsa;
– adam öncədən maraqlandığı aksiyalardan uzaqda dayanmağa başlayıbsa;
– adam özünü çarəsiz, yalnız və günahkar hiss etdiyini ifadə edirsə; 
– adam son dönəmlərdə olduqca kefsiz, istəksiz, qayğılı olduğu halda anidən sevincli və ya sakit bir xarakterə bürünürsə;
– adam intihar etmək istəyini açıq şəkildə bildirirsə;
– adam vida etmək üzrə müəyyən ziyarətlər edirsə, cəhdləri təkrarlayırsa.
Dünyada daha çox yaşlılar intihar edir, bizdə isə cavanlar 
Son 10 ildə dünyanın dörd bir tərəfindəki intihar hadisələrini araşdıran DST-nın hazırladığı ilk qlobal intiharın qarşısını alma hesabatına görə, intiharlar təxminən aşağı səviyyədə gəliri olan ölkələrdə yaşandığı bildirilib. Ən çox  intihar hadisələri 70 yaşdan yuxarı insanlar arasında qeydə alınıb. 15-29 arası yaş qruplarında isə ikinci ən əhəmiyyətli ölüm səbəbinə çevrilib. İntihar xüsusilə 50 yaşdan yuxarı kişilər arasında daha çox yayılıb. Gəlir səviyyəsi yüksək ölkələrdə kişilər arasındakı intiharlar, qadınlara nisbətən üç qat artıqdır.
Zəhər içmək, atəşli silahla özünə qəsd etmək və asmaq, ən geniş yayılan intihar üsullarıdır. Avstraliya, Yeni Zelandiya, Kanada, Yaponiya, Avropa Birliyinə üzv olan ölkələr və AB-da aparılan araşdırmalar odlu silahlar və zəhərli maddələrin çıxışının məhdudlaşması ilə intihar hadisələrinin qarşısının qismən azaldığını göstərib.
DST-nın müdİri Margaret Çan “İntihar çox uzun müddətdir tabu qəbul edilən bir səhhət problemidir. Bu problemin həlli üçün bütün ölkələrə aksiya keçirmələri çağırışını edirik” – deyib. 2020-ci ilə qədər intihar hadisələrinin sayını azaltmağı qarşısına məqsəd qoyan DS hazırda sadəcə, 28 ölkənin milli intiharın qarşısının alınma strategiyasında olduğuna işarə edib.
DST ağıl xəstəlikləri üçün istifadə edilən kütləvi hərəkatların tibbi yardım almasına əngəl olduğuna və intihar hadisələrinin artırdığına diqqət çəkərək kütləvi maarifləndirmə kampaniyalarının əhəmiyyətini vurğulayıb.
 
Dinlə intihar arasında hansı bağlılıq var? 
Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il bir milyon insan həyatını itirir. Onlardan 63 faizi kişilər, 37 faizi isə qadınlardır. İntihar edənlərin bir faizi Azərbaycanın payına düşür. Litvada hər yüz min nəfərdən 42-si, Rusiyada 36-sı, Qazaxıstanda 30-u, Macarıstanda 26-sı, Latviya və Sloveniyada 26-sı, Ukraynada isə 25-i intihar edərək həyatlarına son verir.
İslam ölkələrində intihar azdır, amma… 
Din və intiharlar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir. Əhalisi daha çox xristianlığa və ya induizmə tapınan ölkələrdə isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir – 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır.
Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.
Bəzi intiharlar blef xarakteri daşıyır, bəzisi isə…
Ekspertlər hesab edir ki, bəzi intihar üsulları sırf blef xarakteri daşıyır. Məqsəd şou göstərmək, kimlərisə qorxutmaq, duyğu sömürüsü etməkdir. Amma bu günə qədər tarixə keçmiş ən populyar intihar üsulları aşağıdakılardır:
 
maşınla uçma/qəza – sürücü sürətlə maşını sərt bir şəkildə harasa vurur və ya yüksək bir uçurumdan aşağı atır. Yol qəzası ilə intihar arasındakı fərqi tapa bilmək üçün kiçik bir araşdırmaya ehtiyac duyulur ki, bu da polislərin işidir. 
 
Özünü yandırma. Adətən hökumətə və ya rejimə etiraz olaraq həyata keçirilir. Bu proses bir neçə dəqiqədən bir neçə günə qədər uzana bilər. Neyçün ki, çox acılı prosesdir. Əgər adam özünü digər şəxslərin də olduğu bir yerdə yandırmağa çalışsa, ona yardım etmək istəyənlərin də həyatına təhlükə yarana bilər. Boğulma, şok və yanıqlardan asılı olaraq ölüm gerçəkləşə bilər. Bu intihar cəhdi uğursuzluqla nəticələnən şəxs də ömür boyu yanıqlarla yaşamaq zorunda qala bilər.
Elektrik cərəyanı ilə intihar. İnsan özünə elektrik şoku verərək öldürmək istəyə bilər. Lazımi miqdarda cərəyan dəriyə nüfuz etdikdən sonra daxili orqanlara çatır. Bu intihar üsulunda bir qayda olaraq sudan istifadə edilir, çünki su yaxşı cərəyan ötürücüsü sayılır.
Hündür yerdən özünü atmaq. Körpüdən və ya yüksək bir binanın üstündən hoppanan adamın dərisi və daxili orqanları parçalanır. Əgər adam alçaq bir körpüdən suya hoppanırsa, boğularaq ölmə ehtimalı daha çoxdur. Yüksək sayılan bir binanın təpəsindən hoppanmaq birdəfəlik çıxış yolu kimi görünə bilər. Elm sübut edib ki, göydələnin təpəsindən hoppanan insanın ürəyi yarı yolda artıq dayanmış olur.
Gəminin arxa hissəsindən suya tullanmaq. Açıq dənizlərdə üzən gəmilərin arxa tərəfindən suya tullanma da dəqiq ölümlə nəticələnir. Belə ki, boğulma və ani bədən istiliyinin dəyişməsi insanı ölümə aparır. Paralel olaraq deyək ki, gəminin qabaq hissəsindən suya tullanan intiharçının da ölməsi mümkündü.
Bir maşının, qatarın arxasından və ya qabağına hoppanmaq. Sürətlə hərəkət edən maşının qabağına hoppanan adam zərbə nəticəsində həyatını itirir. Eynilə sürətlə hərəkət edən qatardan, maşından yerə hoppananların da ölmə ehtimalı var. Amma belələrinin şikəst qalma ehtimalı daha böyükdür.
Asılma. Bu intihar yolu nəticəsində boyun qırılır və ya insan boğulur. Bu zaman qurbanın onurğa beyni sıxılaraq qırılır, nəfəsi kəsilir və təxminən 2-3 dəqiqə ərzində bioloji ölüm baş verir. Onurğa beyni sıxılmasa belə, insanın xilas olması çox çətindir. Lap xilas olsa da, sinirləri zərər görəcəyi üçün ömür boyu iflic vəziyyətində yaşaya bilər.
Silahdan atəş, xarakiri və yüksək dozada spirt.
Zərərli maddələrin inyeksiyası. Narkotik kimi zərərli maddələrin maksimum dozada bədənə inyeksiya edilməsi ilk növbədə infarkta səbəb olur və ölümlə sonuclanır. İstifadə olunan maddənin keyfiyyətinə, inyeksiya olunan vücud bölgəsinə görə ölüm müddəti arta və ya azala bilər. Bundan başqa, boş bir şprisdəki havanın damar daxilinə qüvvətlə göndərilməsi də şok bir ölümlə nəticələnə bilər.
Böyük dozada dərman qəbulu. Yuxu dərmanlarının, antidepressantların və ya ağrı kəsicilərinin də ifrat miqdarda qəbulu insanı öldürə bilər. Vaxtında müdaxilə edilərsə, mədə yuma kimi müxtəlif yöntəmlərlə insan həyatı xilas edilə bilər, amma bu, daxili orqanlarda qalıcı bir iz qoya bilər. Adətən bir-iki günlük yuxulu vəziyyətdən sonra xəstənin sağalması mümkündür.
Zəhərlənmək. İnsan zəhər qəbul edərək özünü öldürə bilər. Yüksək dozada dərman alınarkən çıxan nəticəyə bənzəyir. Zəhərin təsiri keyfiyyətinə və istifadə edənə görə dəyişir. Tarix boyunca liderləri öldürmək üçün xəfiyyələr çox tez-tez bu üsuldan istifadə ediblər.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın