Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / 200 həmkəndlisini aldadan bağça müdirəsi polisə çağırılıb

200 həmkəndlisini aldadan bağça müdirəsi polisə çağırılıb

Qazax rayonunun Xanlıqlar kəndindəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova dünən axşam rayon polis şöbəsinə çağırılıb və polis tərəfindən saxlanılıb.

Bu məlumatı virtualaz.org saytına həmin kəndin sakini Yaşar Həmişəyev verib.

Yaşar Həmişəyev deyib ki, X.Əsgərovanın kredit fırıldağının qurbanı olan Xanlıqlar sakinləri aclıq aksiyasını davam etdirir: “Aclıq aksiya keçirən kənd sakinlərinin üç nəfərinin vəziyyəti pisləşdiyindən Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Telekanalları dəvət etmişdik ki, gəlib çəksinlər, ictimaiyyətə çatdırsınlar. Amma mətbuat nümayəndələrinin gələcəyini eşidən kimi bizim xəstələrimizi xəstəxanadan çıxardılar ki, telekanallar gəlib çəkməsinlər”.

Yaşar Həmişəyev aclıq aksiya keçirənlərin tələbləri yerinə yetirilməzsə, səfirliklərə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, kənddəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova 200-dək həmkəndlisinin adına müxtəlif yollarla və fərqli məbləğlərdə kredit götürüb.

Qazax Rayon Məhkəməsi isə kreditlərin məcburi ödənilməsi haqqında qərar çıxarıb. Kreditləri ödəyə bilməyən 70-ə yaxın kənd sakini aclıq aksiyasına başlayıb.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın