Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Gündəm / 190 manat birdəfəlik yardım yenidən veriləcəkmi? – “Qapanmalara gedilsə”

190 manat birdəfəlik yardım yenidən veriləcəkmi? – “Qapanmalara gedilsə”

Son günlər ölkədə koronavirus epidemiyası səbəbilə yoluxma dinamikası artıb.

Buna görə də qapanmaların yenidən bu və ya digər formada tətbiq edilməsi müzakirə olunan əsas mövzular sırasındadır.

Məlumdur ki, qapanmalar olduğu təqdirdə ötən aylarda işsiz vətəndaşlara epidemiyadan kompensasiya məqsədilə 190 manat birdəfəlik ödəmə verilib. Bu istiqamətdə vəziyyət ciddiləşərsə, sentyabr ayında 190 manat birdəfəlik ödəmənin veriləcəyi hər kəsi düşündürən sualdır.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, son günlər bütün dünyada koronavirus pandemiyasının yeni, böyük dalğası müşahidə edilir:

“Eyni zmanda Azərbaycanda da pandemiya ilə bağlı statistik göstəricilərin mənfiyə doğru inkişafı müşahidə edilir. Bu çox təhlükəli haldır və əlbəttə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədəki epidemioloji vəziyyət yaxından izlənilir, təhlil edilir. Buna uyğun qərarlar veriləcəkdir.

Birincisi onu qeyd etmək lazımdır ki, birmənalı olaraq koronavirusa qalib gəlmək üçün vaksinləşmə tədbirlərini həyata keçirtmək lazımdır. Vətəndaşlarımız peyvəndlənmə prosesində yaxından iştirak etməlidir. Digər tərəfdən də yoluxma rəqəmlərinin mənfiyə doğru inkişaf etməsi nəticəsində görürük ki, bəzi dövlətlərdə məhdudiyyətlər tətbiq olunmağa başlayır”.

Deputat bildirib ki, bu gün gündəmdə və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu qapanmaların, müəyyən məhdudiyyətləin olacağı ilə bağlıdır:

“Qapanmalara uyğun sentyabr ayı üçün əvvələr də tətbiq edildiyi kimi vətəndaşlara 190 manat birdəfəlik ödəmənin verilməsinin müzakirəsi aparılır”.

Cavid Osmanov həmçinin bildirib ki, əgər epidemioloji vəziyyətin nəzarətdən çıxma ehtimalı olarsa, bəzi məhdudiyyətlər tətbiq oluna bilər:

“Belə olan halda, məhdudiyyətlərin olmasına uyğun olaraq nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin verilməsi həyata keçirilə bilər. Koronavirusun “Delta” ştammı çox sürətlə yayılmaqdadır. Ona görə də hər kəsin vaksinləşməsi çox vacibdir. Düşünürəm ki, Operativ Qərargah epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla, mövcud real vəziyyətə uyğun konkret addımlar atacaqdır. Yaxşı olardı ki, məhdudiyyətlər olmasın. Çünki məhdudiyyətlər insanlara psixoloji təsir edir. Eyni zamanda, insanlar müvəqqəti də olsa, iş yerlərini itirməli olurlar”.

Həmçinin oxuyun

Jurnalistin texniki baxışla bağlı yazdığına aydınlıq gətirildi

Jurnalist Məhəmmədəli Qəribli istifadəsində olan avtomobilin texniki baxışı ilə bağlı ona xəbərdarlıq mesajı göndərilmədən 50 …