Ana səhifə / Gündəm / 150 min pul, DİN generalı, nazir köməkçisi və… – Vəzifəli şəxslərin və iş adamlarının dəhşətli əməlləri üzə çıxır

150 min pul, DİN generalı, nazir köməkçisi və… – Vəzifəli şəxslərin və iş adamlarının dəhşətli əməlləri üzə çıxır

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azinforum.az “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkənlərin ifadələri üzrə müzakirələr aparılıb.
İclasda zərərçəkən Sahib Qurbanov ifadə verərək bildirib ki, şəriki Amil Yusifov siqaret qaçaqmalçılığına görə 2015-ci ilin yanvar ayında MTN-nin Xəzər rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb:
 “Mən idarəyə gedib Amilin cinayətə cəlb olunmaması üçün danışıq apardıq. Orada bölmə rəisi Heydər İslamov 40 min manat verməsəm, mənim də həbs ediləcəyimi dedi. Mən də tələb olunan pulu verdim. Fevral ayında nazirliyin Binəqədi rayon idarəsinin əməkdaşı Rafiq Səfərovun rəhbərliyi ilə əməliyyat keçirib şəriklərim Amil Yusifov və Zaur Əzimovu 100 qutu siqaretlə saxlamışdılar. İdarənin digər əməkdaşı Heydər Hacıyev zəng edib məndə olan 60 qutu siqareti də gətirməyimi tələb etdi. Yoxsa həbs ediləcəyimi dedi. Özümdə olan 55 qutu siqareti aparıb idarəyə təhvil verim”.
S.Qurbanov deyib ki, bu dəfə idarədə yenə ondan pul tələb edilib:
“Mən Rafiqlə Heydərə pul verə bilməyəcəyimi dedim. Sonra isə Daxili İşlər Nazirliyinin idarə rəisi olmuş general-mayor Vidadi Rzayevlə görüşdüm. Ondan bu işdə bizə kömək etməsini xahiş etdim. Vidadi Rzayev nazir Eldar Mahmudovla görüşüb məsələni həll edəcəyini dedi. Sonra o Binqədədəki idarəyə gedib Rafiq Səfərovla görüşdü və bizim 150 min manat verəcəyimizə razılıq aldı”.
S.Qurbanov deyib ki, sonradan Heydər İslamovla görüşərək verdiyi pulu tələb edib və bu görüşü videoya çəkdirib:
“Heydər mənə 10 min manat verdi, mən də həmin pulu bu işi aparan müstəntiqə verdim ki, əl izi götürsün. Heydər İslamov məndən pul almamışdısa, niyə 10 min verdi?”
Məhkəmədə şahid qismində dindirilən Heydər İslamov deyib ki, 2015-ci ilin noyabrında Naib adlı şəxs ona zəng edərək görüşə çağırıb: “Gələndə gördüm ki, onla birgə Sahib də gəlib. Orada Sahib pulunun məndə olduğunu dedi, mən də Naibə Sahibi tanımadığımı və ondan pul almadığımı dedim”.
H.İslamov bildirib ki, artıq vəzifəsindən çıxarılıb.
Zərərçəkən Sahib Qurbanov isə istintaqa ifadəsində bildirib ki, “MTN işi” üzə çıxandan sonra məsələ ilə bağlı keçmiş nazir Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla görüşüb:
“Rafiq Səfərov və Heydər İslamovdan pullarımı tələb etdikdə onlar dedilər ki, pul da, siqaretlər də Vüqar Mahmudova verilib. Mən də MTN-nin Hospitalına gedib orada Vüqar Mahmudovla görüşdüm. O dedi ki, Rafiqlə Heydəri tanıyır, amma pul alınmasından xəbərsizdir. Bir neçə gün sonra Vüqar Mahmudov mənə zəng etdi, məsələni araşdırdığını, onun bu məsələlərə aidiyyatı olmadığını dedi”.

 

Həmçinin oxuyun

“Unibank”da SKANDAL: – müştərinin gizli məlumatlarını başqasına verdilər

Azərbaycanın ən ciddi banklarından biri sayılan “Unibank”da skandal sayılacaq hadisə baş verib. Bakupost.az-ın məlumatına görə, bankın …

Bir cavab yazın