Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Gündəm / 118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı

118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı

Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq ixracı faktı aşkarlanıb.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- red.) dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: “Fakt üzrə araşdırma aparılır”.

Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın