Cümə , Sentyabr 20 2019
Ana səhifə / Gündəm /  Bərdənin “GÜNƏŞ” başçısı – Vidadi İsayev

 Bərdənin “GÜNƏŞ” başçısı – Vidadi İsayev

 

2011-ci ilin mart ayında Bərdə səmasında “Günəş” parladı. Bu, mart ayının 3-də Bərdə rayon İcra hakimiyyətinin başçısı təyin edilən İsayev Vidadi İsa oğlu idi. Sovet hakimiyyti illərində 125 min ton pambıq tədarük edən, öz abadlığı, mədəniyyəti, çoxmərtəbəli binaları, parkları ilə respublikada ön sıralarda olan Bərdə şəhərinin sakinləri yenidən qollarını çırmayıb öz doğma şəhərlərini abadlaşdırmağa başladılar. Bu parlaq günəşin bir dəfə “vur”deməsi bəs etdi ki, bərdəlilər bir il müddətinə çox böyük işlər görərək Bərdənin simasını tam dəyişməyə müvəffəq oldular. Bütün bunlar dövlətə, Azərbaycan Respublikasının Prezidentinə həmişə olduğu kimi sədaqət nümayiş etdirən, sözün əsl mənasında qeyrətli bərdəlilərin öz daxili imkanları və cənab Prezidentimizin Bərdəyə göstərdiyi diqqət və qayğının nəticəsində ərzəyə gəldi. Bərdəlilərin bir amalı var idi ki, cənab Prezidentimiz hər Bərdəyə səfər edəndə ürəyi açılsın, üzü gülsün, xoş əhval ruhiyyədə olsun və hər dəfə də buna nail oldular.
Lakin çox təsüflər olsun ki, “Günəş” bütün bunları öz adı ilə bağlayaraq daha da alovlanmağa başladı və sədaqətli bərdəliləri yandırmağa başladı. Hazırda bu “günəş”in şuaları altında dövlətə sədaqətli insanlar yandırılır və onların əvəzinə dövlətçilikdən xəbəri olmayan, öz şəxsi mənafelərini dövlət mənafeindən üstün tutan, xalq arasında heç bir nüfuza malik olmayan insanlara yüksək vəzifələr verir və onlar da bu “günəş”in şəfəqləri altında bərq vuraraq onun daha çox bərdəliləri yandırmasına kömək göstərirlər.
Parlayan kadrlar
1. Rayon icra hakimiyyətinin ümumi şöbə müdiri İsmayılov İsgəndər. Ləqəbi “xalq artisti”. Kimdir bu İsgəndər?! Bir hadisə baş verəndə başına döyərək yarınmağa çalışır və buna nail olur. Ama ona deyən yoxdur ki, əvvəlcə sən öz ailəni yoluna qoy sonra bizim halımıza ağla. Bir evin altında yaşayan oğlu vahabilərə qulluq edir. Ona görə də bir neçə ay bundan əvvəl Tərtər maliyyə idarəsindən işdən qovulur. Çox maraqlıdır “Günəş”in Tərtərdə parladığı dövrdə taksi sürücüsü işləmiş, pis əxlaqı keyfiyyətlərə malik olan bir şəxs Bərdə rayonunda İcra hakimiyyətinə gətirilir və o öz əxlaqsız hərəkətlərini burda da davam etdirir. Onun bu hərəkətləri icra hamimiyyətinin mühafizəçiləri tərəfindən videoaya çəkilib və hazırda bərdəlilərin əksəriyyətinin telefonunda bu görüntülər var. Tezliklə internetdə yayımlanacağı gözlənilir. Belə bir şəxs Bərdədə parlaq “günəş”in nuruna boyanaraq ən nüfuzlu adam hesab olunur və bu günəş ona “Tərəqqi medalı” verməyə nail olmuşdur.
2. Bərdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, eyni zamanda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya. Ləqəbi “Başçının kassiri”. Kimdir bu Fəqət xanım?! Ailəlikcə müsavatcı. 2006-cı ildə xoş bir təsadüf nəticəsində Bərdənin sabiq İcra başçısı İ.Ağayev onu öz yanına gətirir. Amma İ.Ağayev onun yüksək “elmi idarəetmə potensialı”ndan istifadə etmirdi. Lakin “Günəş” başcı təyin olunduqdan sonra Fəqət Şadlinskayaya böyük səlahiyyət verir. O günəşlə çiyin-çiyinə kabinetdən çıxmamaq şərtilə rayonu idarə etməyə başlayır. Əqidəsini dəyişməyən müsavatcı qohumlarını bir-bir vəzifəyə gətirməyə başlayır və öz şəxsi maraqlarını təmin edir.
3. Günəşin digər “fenomen” kadrı İlham Məmmədov. Ləqəbi “QTO”. Bütün həyatı boyu müxalifətdə olan, 2003-cü ildə İsa Qənbərin seçki komissiyasına Bərdə rayonu üzrə başçılıq edən, 2005-ci ildə YAP Bərdə rayon üzvülüyünə qəbul edilən öz məharəti, fəxri ustalığı, əməyə və müdafiəyə daim hazır olan və bu keyfiyyətlərə görə ləqəb qazanan İ.Məmmədov. 2005-ci ildə heç kimin gözləmədiyi halda rayon rəhbərliyinə gətirilən bu şəxs günəşin alovundan qorunmaq üçün bütün şəxsi keyfiyyətlərini cəmləşdirib oddan qorunmaq üçün zireh geyinir və ən arzuolunan kadra çevrilir. Düzdür, günəş hərdən yaxın adamlarına ürəyini açıb QTO-dan xoşum gəlmir, amma qorxudan onu yandıra bilmərəm, çünki o, çox yerə xidmət göstərir deyir. Halaldı, vallah. Bərdədə bir-iki nəfər qaldı ki, günəş onu yandıra bilmir, əksinə qabağa çəkir. Bu QTO-dur.Yandırılan yeni azərbaycançılar, H.Əliyevçilər QTO-dan nümunə götürmək istəyirlər. Axı o, “fenomen”dir. QTO müxalifətçilərə YAP-ı dağıtmaq üçün onların içlərinə girdiyini, Günəşə isə müxalifətçilərin içinə agent kimi girdiyini bildirir. QTO-dur axı. Günəş də bütün müxalifətin QTO-nun əlində olduğunu zənn edir, ondan qorxur .
4. Rayon rəhbərliyində əsas fiqurlardan biri, günəşin ölçü meyarı ilə desək bəlkə də birincisi, dövlət qulluqçusuna yaraşmayan xarakterlərin hamısı bu insanda cəmləşib. Savadsız, qərəzli, yalnız düşmənçilik toxumu səpən, rüşvətxor, yalançı, böhtan və şər atan, sədaqətsiz (siyahını artırmaq olar, lakin lüzum bilmirik). Bu adam Zaurdur. Ləqəbi “Bakuş”. Hamı yaxşı bilir ki, bu adam niyə köməkçi vəzifəsindən uzaqlaşdırıldı. Lakin, “Günəş ” ondan da qorxur. Tərtər rayonundan olan üç qardaşın üçünün də ləqəbi “Bakuş”dur. Günəşin evinə daşınan pay-pürüşlər onun dilini gödək edib. Təəssüflər olsun ki, Vidadi Bəylərovun oğlu avtoxülüqanlıq edərək adam öldürdü və onun karyerasına son qoyuldu. Bunu görən Günəş onun əvəzinə Zauru irəli çəkməyə çalışır və onu gələcəkdə Tərtər və ya Bərdədə başçı hazırlayır. Günəşdir axı.
5. Rayon icar hakimiyyətinin baş məsləhətçisi Qasımov Hüseyn. Ləqəbi ”Real”. Hüseyn öz adını yaza bilmir. Bir neçə il bundan qabaq narkotik alverində şübhəli bilindiyi üçün Kapital bankdan qovulub. Bu adamı da günəş öz dediyinə görə onun pay torpaqlarına görə vəzifəyə gətirib və parladıb. Deyilənlərə görə günəş onun pay torpaqlarını əlindən alıb, subartezan quyularının çoxunun bu torpaqlarda qazılmasına göstəriş verib.

6. Günəşin sağ əli, bacanağı Mahmud bəy. Ləqəbi “ibnə”. Kimdir bu Mahmud?! Müsavatcı, qərbi azərbaycanlıların qatı düşməni. Günəş bunu yaxşı bilir. Bərdəni talayan, pulunu sovuran, Bərdəyə milyonlarla ziyan vuran, Bərdəli kadrların yandırılmasında Günəşin ən yaxın köməkçisi. Bərdənin qonaq evini zəbt edib, dəbdəbəli həyat yaşayır. Onun şəxsi aşbazı, mühafizəçiləri var. 2013-cü ildə Prezident seçkilərində təxribatla məşğul olub. Əqidələri eyni olduğu üçun QTO ilə dostluq edir. QTO təmtaraqlı həyat yaşatmaq üçün qonaq evində ona hər cür imkanlar yaradır. Bərdədə heç bir vəzifə tutmayan Mahmud Bərdədə YAP-çıların kökünü kəsəcəyinə and içdiyini dəfələrlə dilinə gətirib, bunu onun ətrafındakı satqınlar yaxşı bilirlər. Günəşin işığı Mahmudu o qədər qamaşdırır ki, kor olan Mahmud artıq “Ağsaqqal”ın Günəşi qısqandığını ətrafındakılara bildirir.
7. Hüquq şöbəsinin müdiri Mürsəl müəllim. Ləqəbi “erməni”. Tərtər rayonundandır. İsgəndəri Tərtərə aparıb gətirən şəxs.
8. Bərdə texnikomunun direktoru Xaləddin Ələkbərov. Ləqəbi “Xəbərçi”. Xaləddin, hələ direktor müavini işlədiyi dövrdə Günəşlə görüşür, texnikomda gedən bütün prosesləri günəşə satır və direktorun yanmasına nail olur. Tamahı çox iti olan Xaləddin texnikomda pul qazanmaq üçün hər vasitələrə əl atır və çirkaba batır. Pul hərisi Xaləddin bununla kifayətlənmir, arvadını da Günəşlə görüşdürür və ona da vəzifə aldırır. Günəşin nuru üzünə səpilən Könül xanım parlamağa başlayır.
9. ƏSMM-nin direktoru Raquf Məmtiyev. Ləqəbi “Çox bilmiş”. Hələ Yevlax DSMF-da baş mühasib işlədiyi dövrdə saxtakarlığına görə qovulan, lakin himayədarlarının köməyi nəticəsində Bərdə DSMF-na arxivçi gələn, elə o vaxtdan da dişini Bərdəyə qıcayan R.Məmtiyev bir neçə rayon dolaşdıqdan sonra istədiyinə nail olur, DSMF-na müdir təyin edilir. O, dövlətin milyonlarla pulunu talayır və günəşi məmnun edir. Lakin, bu ona azlıq edir. O, bu dəfə dişini ƏSMM-nə qıcayır və beləliklə iki böyük idarəyə rəhbərlik etməyə başlayır. Ağzı qana batan Raquf elə ilk gündən ƏSMM-də də küllü miqdar da mənimsəmə edir. Lakin bu Nazirə çatdırılır. Mənimsənilən 76000 min manatın ona ödənilməsi tapşırılır. Bu məbləğin 40000 manatı ödənilib, lakin qalan məbləğ ödənilməyib.
Çox maraqlı haldı ki,həm daxili resuslarına, həm də kadr potensialına görə Respublikada tanınan Bərdədə yüksək vəzifə tutan kadrlar Tərtər, Yevlax ,Salyan və digər rayonlardandır. Günəçin Bərdəli kadrlardan xoşu gəlmir, onları yandırmaqla məşğul olur.
Yanan kadrlar
– Günəşin istisinə dözə bilməyən Təhsil şöbəsinin müdiri Rahilə İsmayılovanın acı talehi. Beyninə qan sızması nəticəsində dünyasını dəyişir.
– Mədəniyyət şöbəsinin müdiri Soltan Həsənov. Təcrübəsi ona günəşin istisinə dözə bilməyəcəyini göstərir və bütün məmurların iştirak etdiyi tədbirdə o, günəşin iç üzünü açır və onunla işləyə bilməyəcəyini deyərək ərizə verir və işdən azad edilir.
– Telekomunikasiya qovşağının rəisi Zabil Eminov. Ağsaqqalın göstərişi ilə nəyin bahasına olursa olsun o, işdən azad edilməli idi. Çünki, Ağsaqqalın qardaşı Yevlax rayonunan telekominikasiya qovşağına rəis gətirilməli idi. Yevlaxın rəisi Bərdəyə gətirildi və Ağsaqqalın qardaşı da Yevlaxa. Ağsaqqalın hər bir göstərişi Günəş üçün qanundur. Beləliklə, Eminov yandı. Halbuki, bu, o Emindir ki, onun tərbiyə etdiyi uşaqlarla yalnız Bərdə yox, bütün Azərbaycan fəxr edir. Oğlu kimya üzrə iki dəfə dünya olimpiyadasının qalibi olmuş, kimya elmi üzrə alimdir.
– Yandırılan kadrlardan F.Baxşəliyev, V.İsmayılov, Ə.Sadıqov, İ.Zeynalov və onlarla belə kadrlar 20 ildən çox dövlətə xidmət etmiş şəxslərdir. Çox təəssüflər olsun ki, bu insanların heç birindən soruşulmadı ki, niyə yandın? Günəşin yandırdığı insanların hamısı hiylə ilə yandırıldılar. Dövlətə, dövlətçiliyə, cənab Prezidentimizə sədaqətli olan Bərdəli kadrlar yanıb kül olurlar və onların yerinə digər rayonlardan kadrlar gətirilir. Halbuki, Bərdəyə və Respublikamıza verdiyi kadrlarla Bərdə həmişə fəxr edirdi. B.Baxşəliyev, S.Hacıyev, B.Hacıyev və başqaları. İndi nə oldu ki, Bərdədə kadr tapılmır. Lakin biz ümid edirik ki, əlaqədar təşkilatlar bu işlə maraqlanacaq və tədbir görəcəklər.
– Onu da qeyd edək ki, günəşin yandırdığı kadrlar dövlətin qanunları, yerli icra hakimiyyəti haqqında əsasnamənin müddəaları, qanunçuluq, insanların hüquq və azadlıqları, ictimai rəy nəzərə alınmadan yandırılır. Dövlət qulluğu haqqında qanuna görə dövlət qulluqçusu qərəzli olmamalıdır. lakin bizim günəş bunu bilmir. Belə olmasaydı rayon icra hakimiyyətinin baş məsləhətçisi Şahlar Baxşəliyev heç bir əsas olmadan ərizəsini verməyə məcbur edilməzdi. Görəsən, niyə?! Ona görə ki, İsgəndər İsmayılov oğluna onun tək varisi olan qızını nişanlamışdır. Lakin, Ş.Baxşəliyev gələcək yeznəsinin vahabi olduğu bildikdə bu gələcək qohumluğa son qoymuş, nişanı pozmuşdur. Ş.Baxşəliyev günəşin qəzəbinə gəldi və yandırıldı. Halbuki, Şahlar Baxşəliyev rayonun ən savadlı, bacarıqlı kadrlarındandır və 20 ildən çox idi ki, dövlətə sədaqətlə xidmət edirdi.
– Yandırılan V.İmanquliyev. Yenə də Günəşdən aciz bir ssenari. Günəş, xalq artisti və QTO-nun iştirak etdiyi səhnəcikdə Prezidentin fərmanının təkzib olunur və guya İqtisadi Problemlərin Təhlili və Proqnozlaşdırılması şöbəsi ləğv edilir. Əslində isə,
kənd təsərrüfatı şöbəsi ləğv edilir. V.İmanquliyev rayonun ən savadlı kadrlarından biri olduğu üçün bunu dərhal hiss edir və bilir ki, Günəş onu yandırmaq istəyir. Dövlətə, dövlətçiliyə, cənab Prezidentimizə sədaqət nümayiş etdirərək, ərizə yazır və bildirir: “Bu səhnəciyi qurmaqdansa, kişi kimi səninlə işləmirəm deməyin kifayətdir”. V.İmanquliyev proqnoz verməyi bacarır və hər şeyi qabaqcadan görür və belə şəraitdə işləməyi özünə rəva görmür. Çox maraqlıdır ki, V.İmanquliyev öz yerinə QTO-nun təyin edilməsini Günəşdən xahiş edir.
– V.İmanquliyevin “kişi” sözü Günəşi bərk tutur. Çox keçmir ki, Günəş kişiliyini nümayiş etdirmək üçün V.İmanquliyevin yeznəsi Yusif Yusifzadəni çağırır və onunla işləmək istəmədiyini bildirir. Amma gec idi. Bu kişilikdən deyil.
– Daha sonra Aqrolizinq AS-nin Bərdə filialının müdiri Rüstəm Həsənov hiylə nəticəsində işdən azad edilir və yerinə Yevlax rayonundan kadr gətirilir. R.Həsənov, günəş başçı gəldiyi vaxt icra hakimiyyətində müavin işləyən Z.Həsənovun qardaşıdır. Z.Həsənov rayonun ən savadlı, hörmətli, nəsillikcə Bərdədə yüksək nüfuza malik olan bir şəxsdir. O, günəşin ilk gəlişində onu yandıracağını hiss edir ərizə verərək işdən azad edilir.
Təriflərdən xoşu gələn Günəş tez-tez özünü təriflətmək üçün ətrafindakılara göstəriş verir. Hər dəfə bu, Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifova həvalə edilirdi. Bu dəfə günəşin köməkçisinin toy məclisində belə tərif planlaşdırılır. Tərif üçün adam seçilir. Lakin ox daşa dəyir. Çünki, seçilmiş adam başqa şəxs olur. Toy məclisində V.İsayev məclisə daxil olan kimi həmin şəxs tamadadan mikrofonu alır və məclisə “Günəş” gəlir deyərək başçını tərifləməyə başlayır və onun Bərdədə heykəlinin qoyulmasını təklif verir. Buna qəzəblənən Bərdəlilər o heykəli haraya və hansı vəziyyətdə qoymağı bildirirlər. Təhqir olunan şəxs məclisi tez tərk edir.
Psixologiyada belə bir termin var: “Qorxaq adamlar çox qəddar olurlar”. Bizim “Günəş” kimi. O, ağsaqqalın yanında hansı sifətdə olur – bunu Bərdəlilər yaxşı bilir. Ona görə də qəddarlıq edir. Amma günəşə deyən yoxdur ki, ay “günəş”, sən tanımadığın insanlar arasında parlayırsan axı. İnsanları yandırmaqdan az həzz al. Bunu bəndə götürsə də, Allah götürməyəcək. Sən öz alovunda qovrulacaqsan.
Əlavə olaraq qeyd edirik ki, V.İsayevin qardaşı İsayev Vaqif İsa oğlu vahabidir və Sumqayıt şəhərində yaşayır.
P.S. Bu yazı yüzlərlə Bərdəlinin imzasi ilə cənab Prezidentə, Mehriban xanım Əliyevaya, YAP-a, Baş prokurora , Ombudsmana, Milli Məclisin sədrinə göndərilib.(xalqxeber.az)

x

 

Həmçinin oxuyun

Fuad Qəhrəmanlının qızı: “Atam anamın barmaqlarını, mənim dizimi sındırıb…”

“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində …

Bir cavab yazın