Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimindən narazılıq var

1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimindən narazılıq var

Sultan Əliyev tibbi personalı cana yığıb

1 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud durum qənaətbəxş deyil. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, sözügedən tibb ocağında vəziyyət ürəkaçan səviyyədə deyil. Bu səhiyyə müəssisəsindən nə tibbi personal, nə də xəstələr razıdır. Əldə etdiyimiz məlumatlara görə, xəstəxananın baş həkimi rəhbəri olduğu tibb ocağında özünü elə aparır ki, heç yüksək vəzifədə oturan bəzi şəxslər özlərini belə aparmırlar. Məlumatlı şəxsin sözlərinə görə, baş həkim Sultan Əliyev xəstəxanaya gəlib-gedərkən sanki tibb ocağında həyat dayanır.

Yəni baş həkim gedib-gəldiyi yerdə bir dənə də olsun nə həkim, nə xəstə olmamaldır. Şikayətçilərdən biri bildirir ki, xəstəxanaya xəstə aparmışdıq: “Bizə bildirdilər ki, baş həkim gedir. Qoy baş həkim getsin, sonra xəstənizi qəbul edərik”. Maraqlıdır, baş həkimin özünü bu qədər yüksəkdən tutması onun peşəsinə nə qədər yaxındır? Digər peşə sahibləri belə bir hərəkət etsəydi, sözsüz ki, heç kəs bundan o qədər də təəccüblənməzdi. Amma həkimin xəstələrdən, xüsusilə də işçilərindən bu qədər uzaqda dayanması həkim adına xələldən başqa bir şey deyil. Sultan Əliyev işçiləriylə sanki kölə kimi danışır. Onlarla ünsiyyət qurmaqdan qaçır. Həkimlər xeyirxah olmalı, xəstəyə can yandırmalı sağlamların dostu olmalı, hamının sağalmasına ümid verməlidirlər. Həkim sağlam, dözümlü, təvazökar, xoşagəlimli olmalıdır. O, daim xeyirxahlığa və müdrikliyə can atmalıdır. Həkim öz qərarları və hərəkətlərinə tam cavabdehlik daşımalıdır. Yadda saxlamalıdır ki, xəstələrə göstərilən yardımın keyfiyyəti heç vaxt onun bilgi və bacarığından yuxarı ola bilməz.

Maddi, şəxsi mənfəət motivləri həkimin professional qərarının alınmasına təsir etməməlidirlər. Təəssüf ki, sözügedən xəstəxanada ilk mənfəət məsələsi öndə dayanır. Xəstənin maddi imkanı aşağıdırsa, həmin xəstəyə qarşı münasibət də fərqli olur. İmkanı olmayan xəstəni tibb ocağına qəbul belə etmək istəmirlər. Həqiqətən də ölkəmizdə səhiyyə sistemi çöküb. Hətta əldə etdiyimiz məlumata görə sözügedən tibb müəssisəsində həkimlər təyin etdikləri dərman preparatlarına görə dərman firmalarından mənfəət əldə edirlər. Həkimlər bilməlidirlər ki, dərman təyin edilən zaman tibbi göstərişlər və ancaq və ancaq xəstənin marağı nəzərə alınmalıdır. Təəssüf ki, bu halları nəzərə alan yoxdur. Həkimlər peşə etikasından xəbərsizdirlər. Onlar bilməlidirlər ki, xəstələrə göstərdikləri tibbi yardıma görə məsuliyyət daşıyırlar. Öz işlərini dövlət qanunları və tibbi standartlar çərcivəsində qurmalıdır. Zəruri hallarda öz həmkarlarının köməyinə baş vurmalıdır. Həkim pasiyenti haqsız riskə məruz qoymamalıdır.

“Semaşko” kimi tanınan 1 saylı Şəhər Kliniki Xəstəxanasında isə xəstələrə haqsız riskə məruz qalırlar. Hətta tibbi personal da baş həkimin əlindən cana yığılıblar. Orada çalışan peşəkar həkimlər baş həkimin əlindən bezdiklərinə görə özəl tibb müəssisələrinə üz tutub, orada çalışırlar.

Dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olduğu halda, “Semaşko”da xəstəyə təmənnasız baxan yoxdur. Varsa da, bu çox nadir hallarda baş verir. Deyilənlərə görə, Sultan Əliyevin rəhbərlik etdiyi tibb müəssisəsində xəstənin dəqiq diaqnozu “check-up” müayinəsindən sonra aşkarlanır. Bu müayinə isə dövlət hesabına aparılmır. Sözügedən tibb ocağının baş həkiminin fəaliyyəti araşdırılsa, bilmədiyimiz bir çox nöqsanların da aşkarlanacağı sözsüzdür.

P.S. Hatta o, bildirilir ki, baş həkim tapşırır ki, xəstəyə resept yazarkən diqqətli olsunlar. Elə dərmanlar yazsınlar ki, xəstə onlardan şikayət etməsin.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın