Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Gündəm /  “Toroqvı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər – FOTO

 “Toroqvı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər – FOTO

Azərbaycanda yeni sahibkarlıq obyektlərinin fəaliyyətə başlaması, olanların daha da inkişaf etməsi sevindiricidir. Bu o həddə qədər sevindirici olur ki, obyekt sahibi göz görə-görə sənin cibinə girməyə… Bakı bulvarında çayxanlardakı soyğunculuqla bağlı dəfələrlə yazılıb, aidiyyatı qurumlara müraciət edilib. Anoloji halla dekabrın 23-də həmkar dostlarla birlikdə “Sizdə sadə çay verilirmi” sualı ilə “Toqovı”da yerləşən “Dafne by Dalida” restoranın girişindəki əməkdaşına ünvanlayarkən biz də qarşılaşdıq. “Bəli” cavabından sonra restorana daxil olub əyləşdik. Masaya yaxınlaşan ofisanta menyuda seçdiyimiz 15 manatlıq çaydan iki çaynik çay və 2 kofe sifarişin əvəzində eşitdiyimiz “bizdə sadə çay seçə bilməzsiniz, yalnız 60 manatlıq çay dəstgahımız var” cavabına səssiz qala bilmədik. Onlara ərəb turist olmadığımızı xatırlatdıqda, “rəhbərlik belə qərar verib, bizlik deyil” cavabını eşitdik. Həmçinin, ona qapıdakı dialoqu xatırlatdıqda “biz sizə qapıda hörmətsizlik etmək istəmədik” söylədi. “Birdəfəlik çay paketi” ilə dəmlədiyi 2 çaynik çayı bizə 60 manata sırımağa cəhd edən “Dəfnə” restoranı bu azmış kimi, üstümüzə türkcə danışan daha bir ofisant göndərdi. Ona buranın Azərbaycan olduğunu və bizim dildə danışmasının vacibliyini xatırlatdıqda, üzünü çevirib getdi. Deməli, bizi qapıdan qaytarmağa “qıymayan” ofisantlar, yanımızda azyaşlı uşaqlarla birlikdə masadan qaldırmağa rəva bildilər…

Nişanlısının yanında utanan oğlanlar…

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, bu cür obyekt sahibləri Azərbaycanı anti-reklam edir:

“Ciddi şəkildə istehlakçıların hüquqlarının pozulması baş verir. Turistlərdən, xaricdən gələnlərdən bizə çoxsaylı şikayətlər daxil olur. Şikayətlərdə azərbaycanlılar qonağın yanında xar olmalarını dilə gətirir, nişanlısı ilə, yaxını ilə çayxanaya gedən gənclərdən çıxılmaz vəziyyətdə qalmaları ilə bağlı narazılıqlar, müraciətlər gəlir. Bütün bunlar anormal haldır. Əgər müştəri restoran, çayxana sahibinin menyuda təklif etdiyi 15 manatlıq çayı istəyirsə, istehlakçıya “yox” cavabı verilməsi onun hüquqlarının pozulmasıdır. İstehlakçının seçim hüququ var. İstehlakçı nə istəyirsə, onu da seçər.

Azərbaycandakı restoran və çayxanalarda vəziyyət fərqlidir. Bəzi restoranlar var ki, əgər burada yemək yemirsənsə, sənə ümumiyyətlə çay vermirlər. Bu anormallıq 10 ildən çoxdur ki, davam edir”.

“Müştəri nə istəyir onu da sifariş verər”

Hüquq müdafiəçisinin sözlərinə görə, bulvarda da baş verən analoji problemin qarşısının alınmasına 80 faiz nail olunub:

“Lakin şəhərin digər yerlərində “sadə çay yoxdur” tendensiyası davam edir. Çox qəribədir, mənim ürəyim mürəbbə istəmirsə belə, mütləq çayın yanında mürəbbə almalıyam? Harada, hansı ölkədə istehlakçıya bu cür münasibət sərgilənir?! Bu, birmənalı şəkildə istehlakçı hüququnun pozulmasıdır. “Bura mənim yerimdir, bazar iqtisadiyyatıdır, istədiyim məhsulu istədiyim kimi sataram” deməsi düzgün deyil. Sizin dediyiniz halda çaynikin 15 manata olması belə, ucuz deyil. Bu, müştərilərin aldadılması və şişirdilmiş qiymətlərin mövcudluğudur. İstehlakçılar mütləq şəkildə 195-2 nömrələri vasitəsilə, kassa çeki olmadığı halda 195-1 nömrələrilə İqtisadiyyat Nazirliyinə müraciət etməlidir”.

“Toroqvı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər
“Toroqvı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər
“Toroqvı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …