Çərşənbə , İyul 8 2020
Ana səhifə / Gündəm / Əhmədzadənin işçiləri nə işlə məşğuldur

Əhmədzadənin işçiləri nə işlə məşğuldur

Ölkəmizin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən, olduqca əhəmiyyətli rolu olan Subartezian Quyularının İstismarı idarələrində həyata keçirilən idarəçilik, rəhbər şəxslərin kollektiv üzvlərinə bəslədikləri münasibət, yürüdülən dövlət siyasətinə verilən dəstək, yerli sakinlərin problemlərinin həlli yöndə atılan addımlar və s. bəlkə də bu gün tam əksəriyyətin müzakirə etdiyi mövzulardandır. Şəmkir rayonunun Dəllər qəsəbəsində fəaliyyət göstərən Subartezian Quyularının İstismarı idarəsində yaşanan ab-havanın varlığı da, sanki bu gün daha çox müzakirə obyektinə çevrilməkdədir. Belə bir halın varlığına əsas səbəb, məhz Şəmkir Subartezian Quyularının İstismarı idarələsinə rəhbərlik edən, ötən illər ərzində yarıtmaz idarçiliyinin göstəricisinə görə adı dillər ərzbəri olan, hətta eşitdiyimiz şifahi məlumatlara görə bir neçə dəfə rəhbərlik tərəfindən “topa tutulan” Mehdi Həsənovun qol qoyduğu əməllərindən əl çəkməməsidir. Çünki, yerli sakinlər arasında belə bir söz-söhbət dolaşır ki, bu şəxs daşıdığı vəzifəsinin icraasına başladıqdan az sonra “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutdu və bu yöndə də idarəçiliyini həyata keçirməyə qərar verir. Yəni, Mehdi Həsənov üçün xalqa xidmət etmək amalı, dövləti sevmək, ona bağlı olmaq istəyi arxa plana keçir və bu şəxs üçün əsas strateji xətt, əsas istək daha çox var-dövlət əldə etmək olur. Belə bir səbəblər üzündəndir ki, bu gün Şəmkir rayon sakinlərinin içməli su təchizatında ciddi problemlər yaşanmaqdadır. Adicə bir faktı qeyd edək ki, bu rayonun ərazisində təqribən 18 yaşayış məntəqəsi üzrə yeni subartezian quyularının qazılması nəzərdə tutulsa da, indiyə kimi görülən işlər heç də ürəkaçan deyil. Məhz buna da əsas səbəb, büdcədən yeni subartezian quyularının qazılması məqsədilə nəzərdə ttulan vəsaitlərin Mehdi Həsənov tərəfindən ələ keçirilib mənimsənilməsi olur.



Həmçinin oxuyun

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev …