Şənbə , İyul 31 2021
Ana səhifə / Gündəm / Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilib.

Görüşdə sağlam iqtidar-müxalifət münasibətlərinin perspektivləri, siyasi partiyaların cəmiyyətin demokratikləşməsində yeri və rolu istiqamətində fikir mübadiləsi aparılmış, həmçinin AMİP-i maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Görüşdə həmçinin pandemiya şəraitinin AMİP-in növbəti Qurultayının keçirilməsinə yaratdığı çətinliklər və Qurultayın onlayn qaydada keçirilməsinin mümkünlüyü ilə bağlı da fikir mübadiləsi aparılıb.

Sonda Ədalət Vəliyev həmçinin AMİP-in təsis olunmasının 28 illiyi münasibətilə Milli İstiqlalçılara təbriklərini çatdırılıb.

Həmçinin oxuyun

Azərbaycan diplomatlarının fəlaiyyəti nədən ibarət olmalıdır?

“İndiki mərhələdə diplomatlarımızın əsas fəaliyyət istiqaməti təbliğat işini gücləndirməkdən ibarət olmalıdır”.Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər …