Ana səhifə / Gündəm / Əbülfəs Qarayev keçmiş məhkumu niyə müdir təyin edib?

Əbülfəs Qarayev keçmiş məhkumu niyə müdir təyin edib?

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri bir neçə il əvvəl heroinlə tutulub Adı xoşagəlməz hadisələrdə çəkilən Rəşad Salmanovun icra başçısı Əziz Əzizov və köməkçisi Malik Şərbətov tərəfindən himayə olunduğu bildirilir Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Cəlilabad rayonundakı kadrı, yəni rayon mədəniyyət və turizm şöbəsinin müdiri Rəşad Salmanovun adı mətbuatın düşmək bilmir ki, bilmir. Xatırladaq ki, bir neçə gün əvvəl «facebook»da «Cəlilabadım» adlı səhifədə Cəlilabad rayon sakini Nazim Əşrəfov adlı istifadəçi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə Rəşad Salmanov barəsində ilginc müraciət ünvanlayıb: «Cənab mədəniyyət və turizm naziri Əbülfəs Qarayev. Sizin Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri təyin etdiyiniz Rəşad Salmanov vaxtı ilə narkotik aludəçisi olub.

Hətta bir vaxtlar rayon hüquq-mühafizə orqanları narkotik istifadəsinə görə Rəşad Salmanovu həbs etmişdilər. Lakin həmin vaxt şöbə müdiri yaxın qohumlarının köməkliyi ilə vəziyyətdən qurtula bildi. Bu gün sizin rəhbərlik etdiyiniz qurumun rayon şöbəsinə rəhbərlik edən Rəşad Salmanov dövlət büdcəsini dağıtmaqla özünə yaxşı var-dövlət yığır. Şöbə müdiri dövlət vəsaiti hesabına imkanını artırdıqca köhnə vərdişinə qayıtmağa başlayıb. Pula pul deməyən Rəşad Salmanov yaxın dostları ilə birlikdə yenə də kef məclislərində narkotik vasitələrdən istifadə edir». Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, şöbə müdiri bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsində baş mühasib vəzifəsində çalışıb.

Elə həmin vaxtlarda Rəşad Salmanovun adı maliyyə yeyintilərində çəkilməyə başlayıb. Əldə etdiyimiz məlumatlara görə, Cəlilabad rayon müəllimləri Rəşad Salmanov RTŞ-də baş mühasib işləyərkən maaşlarını gecikmələrlə alıblar. Həmçinin müəllimlərin məzuniyyət pulu da vaxtında hesablara köçürülməyib: «Yeni dərs ili başlayana qədər onlardan daha pul alınmayacağını güman edən müəllimlər gözlənilməz sürprizlə qarşılaşdılar, hamının məzuniyyət pulundan kəsilmişdi. Təhsil Şöbəsinə edilən çoxsaylı müraciətlərə baxmayaraq, müəllimləri müxtəlif vasitələrlə inandırmağa çalışdılar ki, məzuniyyət pulunun verilməsində heç bir səhv olmayıb və doğru verilib. Təhsil Şöbəsi müəllimlərin pulunu ustalıqla birbaşa “vedmost”da tutaraq onu rəsmiləşdirib. Təhsil Şöbəsinin o vaxtkı müdiri Vidadi Dövlətov Sığorta Şirkətinin müdiri olan qayınatası Əvəz Xanalıyevlə birlikdə müəllimlərin xəbəri olmadan “vedmost”da onlardan naməlum sığorta pulu tutublar. Bu işin ideya müəllifi isə keçmiş RTŞ müdiri Ədalət Əsgərovun bacısı oğlu, Rayon Təhsil Şöbəsinin baş mühasibi Rəşad Salmanov olub. Maxinasiyadan əldə olunan ən azı 60 min manatdan yuxarı pul bu üç nəfər arasında qardaş malı kimi bölünüb.

Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.

Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur». Özəl mənbələrin bildirdiyinə görə, hazırda Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edən və bu qurumun fəaliyyətini bərbad vəziyyətə salan Rəşad Salmanov icra başçısı Əziz Əzizova, eləcə də onun köməkçisi Malik Şərbətova arxayındır. Bundan başqa, onu da öyrəndik ki, Rəşad Salmanov 27 may 2010-cu il tarixdə Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxs qismində saxlanan Rəşad Mirağa oğlu Salmanovun üzərindən 29,1 qram heroin aşkar olunaraq götürülüb və o, bu əməlinə görə 8 ay həbsdə yatıb.

Qeyd edək ki, Rəşad Salmanov DSMF-nin Cəlilabad rayon şöbəsinin müdiri Mirağa Salmanovun oğludur. İnanırıq ki, nazir Əbülfəs Qarayev səriştəsizliyi və bacarıqsızlığı ilə rayonun mədəniyyət və turizm sektorunu bərbad hala salmış Rəşad Salmanovu tezliklə tutduğu vəzifədən azad edəcək. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfi də dinləyə bilərik. “Gundelik-baku.com “

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın