Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Vağzaldakı ölüm işinin obyektiv araşdırılmaması etiraz doğurdu

Vağzaldakı ölüm işinin obyektiv araşdırılmaması etiraz doğurdu

“Həyat yoldaşım Mövsüm Kazımov dəmiryol vağzalında yerləşən ”Ləman” kafesində öldürülüb. Şikayətlərimdən sonra aparılan araşdırmalar faktiki olaraq işin üstünün açılmasına xidmət etməyib” – Bakı sakini Lumu Kazımova belə deyir. Onun sözlərinə görə, 28 fevral 2015-ci ildə həyat yoldaşı “Ləman” kafesində öldürüləndən sonra Nəsimi Rayon Prokurorluğunda çox səthi araşdırma aparılıb və 1 aprel 2015-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qeyri-obyektiv qərar qəbul edilib. Bununla yanaşı, qəbul edilmiş qərar gizlədilib, Baş Prokurorluğun göstərişindən sonra ona verilib.
L.Kazımova deyir ki,  həyat yoldaşının ölümünün səbəbkarı Eldar Ələşrəf oğlu Rəhimovdur. Belə ki, Eldar Rəhimov həyat yoldaşını ticarət qurmaq adı ilə aldadaraq tanışı Elçin Zamanovdan faizlə 30 min manat pul götürüb. Eldar Rəhimov söz verib ki, pulu 3 ay müddətinə qaytaracaq. Bu məqsədlə o, dələduzuq yolu ilə ona olan inamından və etibarından sui-istifadə edərək onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Musatafayev küçəsi 17 “a” ünvanında yerləşən 46 saylı, 3 otaqdan ibarət olan mənzili girov qoymaq adı ilə aldadaraq Elçin Zamanovun adına keçirib.
Hazırda kirayədə yaşayan L.Kazımova Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib. L.Kazımova mənzildən çıxarılarkən orada qalan və ona məxsus əşyaların dəyərinin ödənilməsini,  evinin saxtakarlıqla əlindən alınması üzündən illərlə kirayədə yaşadığını və  ödədiyi kirayə haqqının Eldar Rəhimovdan tutularaq ona ödənilməsini tələb edir. İş üzrə hazırlıq iclası fevralın 18-də
Xəzər rayon məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçiriləcək.
Bundan başqa, L.Kazımova alqı-satqı müqaviləsini ləğvini tələb edir. O deyir ki, Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində iş üzrə aradşrımalar qeyri obyektiv aparılır. Bu səbəbdən də baş prokuror Zakir Qaralovdan xahiş edir ki, işin digər rayon polis idarəsində araşdırlması təmin olunsun.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın