Ana səhifə / Gündəm / Kılıçdaroğlu-FETÖ iş birliyi – Şok faktlar

Kılıçdaroğlu-FETÖ iş birliyi – Şok faktlar

ABŞ-la münasibətləri son dərəcə isti olan CHP lideri Kamal Kılıçdaroğlunun konstitusiya müzakirələrində tutduğu radikal mövqe kifayət qədər müəmmalıdır.
Moderator.az Yeni Şəfəq-ə istinadən xəbər verir ki, ana müxalifət liderinin bu siyasi strategiyası MHP sədri Dövlət Baxçalıya təzyiq məqsədi güdür. Burada da yenə diqqət ABŞ-ın üzərində cəmləşir.
15 iyul dövlət çevrilişinə cəhddən sonra ABŞ-ın Türkiyədəki səfiri Con Bassla 15 dəqiqəlik görüş keçirən Kılıçdaroğlu gözlənilməz açıqlamalar vermiş, AKP iqtidarını sərt tənqid etmişdi. CHP-nin əsas qərargahında baş tutan görüşdə danışılanlar isə hələ də sir olaraq qalır.
Bu gün də CHP-nin konstitusiya dəyişikliklərini hər vəchlə imtina etməsinin ABŞ-dan qaynaqlandığı istisna olunmur.
Bu, Kılıçdaroğlunun son həmləsi ola bilər. Çünki son 6 ildə ən böyük dəstəkçisi sayılan Barak Obama sabah prezidentlik kreslosunu Donald Trampa təhvil verəcək.
Ümumiyyətlə, Kılıçdaroğlunun partiya liderliyinə gəlişi də son dərəcə qaranlıq qalır. Onun adı ilk dəfə 2008-ci ilin oktyabarında ABŞ dərin dövlətinin nəzarətində olan Con Hopkins Universitetinə bağlı Silkroad İnstitutunun hazırladığı bir hesabatda çəkilib. Sənəddə “CHP-dən istefaya məcbur ediləcək Dəniz Baykalla korrupsiya qalmaqallarında adı hallanan Kılıçdaroğlunun yeri dəyişdiriləcək. CHP yenidən Avropa tərzində sosial-demokrat bir partiyaya çevriləcək” sözlərinə yer verilib.
Kılıçdaroğlu Baykalın istefasından sonra partiya sədrliyinə namizəd olmayacağını açıqlasa da, bir neçə gün sonra CHP liderliyinə namizəd olduğunu rəsmən bildirdi. Seçkilərdən sonra partiya lideri seçilən Kılıçdaroğlunun ilk səfəri də elə ABŞ-a oldu.
Kılıçdaroğlunun FETÖ ilə münasibəti də hər zaman isti olub. 17-25 dekabr əməliyyatlarından öncə ABŞ-a gedən partiya rəhbəri burada təşkilat rəhbərlərindən Faruk Taban və Əmrə Çeliklə görüşüb.
Rəsmi proqramda göstərilməyən görüşdə FETÖ-cuların, “Biz hərəkətə keçsək, sizin buna münasibətiniz necə olar”, sualına Kılıçdaroğlu, “Biz siyasətlə lazım olanı edərik”, cavabını verib.
Bu səfərdən qısa müddət sonra 17 dekabr çevrilişə cəhd hadisəsi oldu. Ölkədəki qarmaqarışıqlıq zamanı Kılıçdaroğlu ABŞ səfirliyinə çağırıldı, yenə danışıqlar ictimaiyyətə açıqlanmadı. Bununla da FETÖ-CHP ortaqlığı deşifrə oldu.
Kılıçdaroğlu 15 iyul dövlət çevrilişinə cəhddən sonra ABŞ-la tez-tez əlaqə yaradıb. İddialara görə, partiya rəhbəri ABŞ-dakı FETÖ üzvləri ilə əlaqə qurmağı bir millət vəkilinə tapşırıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın