Ana səhifə / Gündəm / Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur – ARAŞDIRMA

Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur – ARAŞDIRMA

Avqustun 2-də “Vətəndaşlar “MSN Tour” şirkətini fırıldaqçılıqda ittiham edir” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, bu günlərdə sayta müraciət edən Bakı sakini Anar EIMG_1973ldar oğlu Salayev bildirib ki, “MSN Tour” MMC-nin dələduzluq əməlləri üzündən onun ailəsinə maddi zərər dəyib və hazırda həmin şirkəti heç yerdə tapa bilmir. Anar Salayev sayta yazdığı ərizəsində bildirib: “2015-ci il aprelin 12-də anam Səltənət Mirhəsən qızı Salayeva ilə “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı İsayeva arasında müqavilə imzalanıb.

Qeyd edim ki, həmin şirkətin VÖEN nömrəsi 1301614511-dir. Həmin müqaviləyə görə, şirkət özünün “Holidays & Miles” istirahət proqramı üzrə 3 il ərzində xidmət göstərməyi öhdəsinə götürürdü. Müqaviləni imzalayan tərəf kimi, Səltənət Mirhəsən qızı Salayeva şirkətə 3200 manat ödəməklə, 3 il ərzində 3 dəfə (və yaxud 21 gün) müxtəlif xarici ölkələrdə iki nəfərlik istirahət imkanı qazanacaqdı. Anam öz öhdəliyini yimg242erinə yetirərək, 3200 manatı şirkətə tam ödədi. Anama şirkətdən plastik üzvlük kartı da verildi. İlk səfər qaydasında keçdi və 2015-ci ilin dekabr ayında valideynlərim ikilikdə BƏƏ-nin Dubay şəhərində bir həftə istirahət edib qayıtdılar”. Onun sözlərinə görə, Dubay səfərinin üstündən üç-dörd ay keçəndən sonra, valideynləri yayda Türkiyədə istirahət etmək üçün də detalları razılaşmaq məqsədi ilə şirkətə müraciət ediblər. “Müqaviləyə görə, istirahətə müştəri “MSN Tour” şirkətini 30 gün əvvəldən xəbərdar etməli idi. Həmin vaxt “MSN Tour” şirkəti Nobel prospekti 15 ünvanında.

“Azure” Biznes Mərkəzində yerləşirdi. Şirkətdən anama bildirdilər ki, “hazırda başqa ofisə köçmək üzrəyik, mobil telefon vasitəsilə əlaqə saxlayarsınız, sizə yeni ünvanı bildirərik”.img243-kopiya

Onlar anama bir neçə mobil nömrə vermişdilər. Lakin bir həftə sonra şirkətə aid nömrələrin heç biri işləmirdi. Bir müddət sonra anam Turan İsayev adlı şirkət nümayəndəsinə zəng etdi, həmin şəxs isə dedi ki, guya Gürcüstandadırlar, daha bir həftə sonra Bakıya gələcəklər. Lakin üstündən üç aydan çox vaxt keçib və “MSN Tour”un internet ünvanı da, mobil və şəhər nömrələri də işləmir. Çox axtarsaq da, şirkətin ofisini tapmadıq. Əminəm ki, sözügedən şirkətin qurbanları tək biz deyilik və onlarla, hətta yüzlərlə insan bu fırıldaqçıların toruna düşüb”, – deyə A.Salayev qeyd edib.

IMG_1975Vətəndaş sayt vasitəsilə Respublikanın Baş Prokuroru Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də üzünü tutub. “Zakir Qaralovdan və Kamran Əliyevdən bu şirkətlə bağlı təcili araşdırma aparmalarını, problemi nəzarətə götürmələrini xahiş edirəm”, – deyə şikayətçi vurğulayıb.

Avqustun 11-də Qafqaznews.az araşdırmanı davam etdirərək, həmin şirkətin “izini tapmağa” çalışdıq. Həqiqətən də, şirkətə aid bütün stasionar və mobil nömrələrin, eləcə də “msntour.az” saytının işləmədiyinə əmin olduq. Şirkətin vizit kartında ünvan olaraq qeyd olunan Azure Biznes Mərkəzi ilə əlaqə saxladıq. Xanım əməkdaşın sözlərinə görə, “MSN Tour” şirkəti bir ilə yaxındır biznes mərkəzində icarələdiyi ofisdən çıxıb, əlaqə nömrələri və ya ünvan qoymayıb. Sözügedən şirkətin ofisi dəyişdikdən sonra “Babək Plaza”ya köçdüyünü öyrəndik.

“Babək Plaza”dan dБез названияa bizə bildirdilər ki, “MSN Tour” artıq bir neçə aydır orda icarədar deyil. Bəs Mədəniyyət və Turizm Nazirliyinin bu şirkətin fəaliyyəti ilə bağlı xəbəri varmı? Nazirlik “MSN Tour” şirkətiylə bağlı hər hansı qaranlıq məqama aydınlıq gətirə biləcəkmi? Bu suala cavab tapmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ilə əlaqə saxladıq. M.Qəhrəmanov bizə bildirdi ki, sözügedən “MSN Tour” vaxtilə uzunmüddətli müqavilələrlə kampaniyalar təşkil edərkən, şirkət13957630_279323292441071_1815379182_nrəhbərliyini yanına çağıraraq xəbərdarlıq edib.

“Bir türklə kampaniya edirdilər. Çağırıb yanıma dedim ki, siz bu işlə məşğul olmayın, sizin yeriniz türmədir. Vətəndaşlar bizə zəng edib narahatlıqlarını bildirirdilər. Mən öz təcrübəmdən bilirəm ki, belə kampaniyaların axırı yoxdur. Onlara xəbərdarlıq etdim, dedim sizin gələcəyiniz yoxdur. Amma dinləmədilər. Bu şirkətin işi qalıb prokurorluğa, məhkəməyə. 2015-ci ilin noyabrında Prezidentin sərəncamından sonra, otel və turizm şirkətlərinə lisenziya vermirik. Əvvəl monitorinq aparırdıq, fəaliyyətlərinə nəzarət edirdik. İndi isə yox, yeni yaradılan şirkətlər var ki, bizim onlardan heç xəbərimiz yoxdur… Təəssüf ki, bəzi şirkətlər onlara yaradılan bu imkanlardan sui-istifadə edirlər” , – deyə M.Qəhrəmanov vurğuladı.

Respublika Baş Proeldar_sultanov_160315kurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə şirkət tərəfindən aldadıldığını düşünən vətəndaşlara hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət gördü. “Hüquq mühafizə orqanlarına müraciət etsinlər. Araşdırma zamanı cinayət faktı ortaya çıxarsa, şirkətin rəhbərliyi məsuliyyətə cəlb oluna bilər. Amma vətəndaşlar əvvəlcə müraciət etməlidirlər”, – deyə E.Sultanov qeyd etdi. Biz internetdə araşdırma apararkən, Anar Salayevin adını çəkdiyi Cəmalə İsayeva və Turan İsayevin ər-arvad olduğunu öyrəndik.

Modern.az saytının yazdığına görə, Turan İsayev Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. 2016-cı ilin may ayında modern.az-da dərc olunan yazıdan çıxarışı oxuculara təqdim edirik: “Hamlet İsaxanlının qardaşı oğlu Turan Suddar oğlu İsayevlə bağlı Modern.az-a daxil olan şikayəti Abşeron rayon sakini Kəmalə Məhərrəmova yazıb.

K.Məhərrəmova bildirib ki, Turan İsayev 2013-cü ildə onun adına “VTB bank”dan 18 min dollar kredit götürüb. Bildirib ki, anası xərçəngdir və Türkiyədə müalicəyə aparmalıdır. “Dedi ki, adına müxtəlif banklarda kredit olduğu üçün ona pul vermirlər. Bir yerdə işlədiyimizdən ona inandım və adıma kredit götürülməsinə razılıq verdim. Turan əvvəllər “Bank of Baku”, sonra “Nikoilbank”da işləyib. Daha sonra MSN Tour adlı turizm şirkəti yaradıb”. Turan İsayev kreditin ödənişini vaxtında etmədiyi üçün bank Kəmalə Məhərrəmovanı məhkəməyə verib və pulu geri tələb edir. Bundan sonra şikayətçi Turan İsayev barəsindəcms-image-000007806Xətai rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hazırda işi baş müstəntiq Vüsal Şahbazov araşdırır.

Araşdırmalar nəticəsində məlum olub ki, Turan İsayev Gürcüstan vətəndaşıdır və 2016-cı il yanvarın 3-də Azərbaycanı tərk edib. Kəmalə Məhərəmmova deyir ki, onu dolandıran şəxsin əmisi Hamlet İsaxanlı ilə əlaqə yaratmaq istəsə də, qəbuluna düşə bilməyib.

Turanın Xəzər Universitetində işləyən digər əmisi İsaxan İsaxanlı isə bildirib ki, qardaşı oğlu barəsində artıq polisə şikayət etdikləri üçün onlara kömək etməyəcək. Turan İsayevin xanımı Cəmalə İsayevanın atası da Xəzər Universitetində işləyir. Ona müraciət etdikdə isə bildiriblər ki, artıq evli deyillər, boşanıblar və bu məsələnin həmin ailəyə aidiyyatı yoxdur. “Tək anama baxıram. O qədər pulum yoxdur ki, ödəyim. O vaxt “VTB bank”dan kredit verən şəxs də vaxtilə Turanın işçisi olub. Ona görə bankda bizim işimiz 5 dəqiqə çəkdi və bizə kredit tez bir zamanda verildi. Mən bunu bilmirdim.

Məhkəmə zamanı öyrəndim. Ona görə hər şey belə tez oldu, bütün işləri əvvəlcədən ediblərmiş”. Şikayətçi Gürcüstana, Turanın atasının yanına da gedib. Lakin atası bildirib ki, oğlu Türkiyədə olmalıdır və bu məsələnin ona aidiyyatı yoxdur. K.Məhərrəmova məhkəmə prosesi zamanı Turanın 30-dan çox insanı bu cür yolla aldatdığını öyrənib. “Onun artıq bir çox banklara və insanlara borcu var”, deyə şikayətçi bildirib (modern.az).

Təəssüf ki, Hamlet İsaxanlı ilə əlaqə saxlamaq imkanımız olmadı. Adıkeçən şəxslərin münasibətini də dərc etmək, məsələyə aydınlıq gətirmək istərdik. Araşdırmamız davam edir…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın