Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / General deputatın 10 milyon krediti var?!

General deputatın 10 milyon krediti var?!

“Salyanda yerləşən soyuducu zavodunun icraçı direktoru oğlum Nizami Hüseynovdur. Kimsə deyir ki, “soyuducu borca görə fəaliyyət göstərmir”, inanmayın, yalandır. Soyuducu zavodunda heç bir problem yoxdur”. Bunu Modern.az-a açıqlamasında Salyan rayonundan seçilən deputat, general Əliağa Hüseynov deyib.
Onun sözlərinə görə, soyuducu zavodu başqa səbəblərə görə tam fəaliyyət göstərə bilmir.
“Həmin zavodda yerli məhsullar istehsal olunur. Ehtiyac olduqda yeni məhsullar hazırlanır. 2010-cu ildə prezident İlham Əliyev soyuducu zavodunun açılışında iştirak edib. O gündən bu günə qədər hər şey qaydasındadır”.
Əliağa Hüseynov, banklara olan borcundan da bəhs edib.
“Heç bir banka borcum yoxdur. Bunu deyən adam, deyəsən, danışmağa mövzu tapmır. İllərdir ki, xalqıma xidmət edirəm. Dövlətim, xalqım mənim üçün çox dəyərlidir. Doğulduğum Salyan rayonunda hamı məni çox yaxşı tanıyır. Rayonda icra başçısı kimi çalışanda neçə-neçə insanın köməyinə çatmışam. İndi də deyirlər ki, borcum var?! Təqaüdçü adamam. Dövlətimizin sayəsində dolanırıq. Heç kimdən asılı deyilik”.
Deputat Milli Məclisin iclaslarında danışmaması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib.
“Hamı mütləq Milli Məclisin iclaslarında danışmalıdır?! Kim danışır öz işidir. Çox yaxşı da edir. Mən danışmaqdansa, xalqın içində olmağa, onların problemləri ilə maraqlanmağa üstünlük verirəm.Təbii ki, hər bir sənədlə tanış oluram. Analizlər aparıram. Bir şeyi başa düşmürəm. Plenar iclaslarda çıxış etməyən deputat bu o deməkdir ki, heç bir iş görmür?! Bunun üçün etdiklərimizi çəkib göstərməliyik?! Keçən ilin parlament seçkilərində fəaliyyətimə görə, 6-cı adam olmuşam. Heç bir iş görməsəm, xalqım məni dəstəkləyərmi?! Düşünürəm ki, deputat daha çox yerlərdə xidmət etməlidir”.
Xatırladaq ki, Salyanda fəaliyyət göstərən soyuducu zavodunun fəaliyyətinin dayandığı barədə məlumat yayılıb. Hətta deputat Əliağa Hüseynovun Beynəlxalq Bankdan bu zavod üçün zamanında 10 milyon manat kredit aldığı və bu kreditin hələ də ödənilmədiyi barədə məlumatlar var.
Deputat isə bütün bu məlumatları təkzib edib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın