Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Zurabişvili Saakaşvilinin həbsxanadan çıxarılma anından danışdı

Zurabişvili Saakaşvilinin həbsxanadan çıxarılma anından danışdı

Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin həbsxana xəstəxanasına aparılması ilə bağlı videogörüntülərin yayılmasını pisləyib.
Bu barədə o, brifinq zamanı danışıb.
“Davranışlarına baxmayaraq, eks-prezidentin ləyaəqti qorunmalıdır. Çünki keçmiş prezident hələ də dövlətlə əlaqəli şəxsdir və bu statusa hörmət etmək lazımdır. Bu səbəbdən şərəf və ləyaqəti ləkələyən həmin kadrlar Gürcüstan prezidenti olaraq mənim üçün də qəbuledilməzdir. Bu, cəmiyyət üçün də qəbuledilməzdir”, – deyə Zurabişvili deyib.
Dövlət başçısı vurğulayıb ki, indiki hakimiyyət öz sələfləri – Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyası kimi olmamalıdır. Belə ki, Zurabişvili Saakaşvilinin prezidentliyi dövründə məhbuslarla pis rəftar edildiyini də xatırladıb.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …