Ana səhifə / Dünya / Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək istəyib, lakin məlum olub ki, onun ailə qəbristanlığında olan məzarı qazılıb və qəbir yeri boşdur.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən videoda məlumat verilir.

Belə ki, M.Qriqoryanın qəbir daşı dağıdılıb, cəsədi tabutun içərisindən çıxarılaraq dəfn olunan ərazinin yaxınlığına atılıb.

Baş vermiş hadisədən şoka düşən M.Qriqoryanın qohumları hadisəni mətbuatdan gizlədib.

Dərhal onun üçün yeni məzar hazırlanıb və növbəti dəfə onun cəsədinin təhqir olunmaması üçün məzarın yanında 24 saatlıq nəzarət qurulub.

Həmçinin oxuyun

Ukrayna MDB-nin mobil rabitə sistemindən çıxdı

Ukrayna MDB-nin mobil rabitə əməkdaşlığı haqqında müqaviləsindən çıxıb. “Report” xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin …