Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ziddiyyətli dostluq dialoqu

Ziddiyyətli dostluq dialoqu

Tehranda Astana prosesinin qarant ölkələrinin – İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün həm batini , həm də zahiri zidiyyətli , amma məcburi dostluq münasibətlərinə köklənib. Türkiyə on il olacaq ki, 3 mln-dan artıq qaçqına qucaq açıb,hansı ki, onların öz yurdlarına qaytarılması ən vacib məsələlərdən biridir.

Türkiyənin mövqeyi İranın və Rusiyanın dəstək veridyi Terrorçü qruplaşmaların Suriya ərazisində (Munbiç , Tel-Rifat) olmasından narahatlığı və açıq məsələlərin həlli üçün Əsəd rejiminin tarixə göndərilməsi vacib olduğunu izhar edir. İran Zəngəzur dəhlizinin qırmızı xətt olduğunu ifadə edir, Suriyanın indiki cinayətkar rejimini isə müdafiə edir.

Rusiya prezidenti öz hakimiyyətni uzatmaq üçün Rusiya qazına alternativ qaz xəttinin avropaya çəkilişinə 11 ildir ki, Suriya xalqının iradəsini vandalcasına qırmağa çalışan, öz xalqına xəyanət etmiş Əsəd rejimini qoruyub saxlamaqla nail olub. Bu gün də öz mövqeyində israrlıdır. Amma Qərb və ABŞ onun üçün Ukrayna formatında cəbhə yaratdı. Lakin payıza qədər uzanma təhlükəsi gözlənilən Ukrayna projesinə bənzər yeni layihə özünü çox gecikdirmədi. Demək olar ki, dünya dövlətlərinin əksəriyyəti Zəngəzur dəhlizinin guya ki, açılmasını istəyir.

Hər kəs də çox yaxşı bilir ki, Qarabağda və Tovuz sərhəddində Rusiyanın bir neçə hərbi bazaları yaradılır. Rusiya nəyə hazırlaşır ? Bəlkə Azərbaycanın hərb yolu ilə Zəngəzur məsələsini həll etməsini tələb edən görünməz barmaqlar bir tərəfdən də Rusiyanı KTMT üzvü olan Ermənistanı müdafiə etmək məqsədilə Azərbaycana hərbi müdaxilə edəcəyini planlayır.

Azərbaycana müdaxilə isə Rusiyanın Türkiyə ilə qarşı-qarşıya gəlməsi deməkdir. ƏLbəttə əsas məqsəd biri-birini müdafiə edən Ərdoğan və Putin dostluğunu həm Qafqazda , həm də Suriyada hərb meydanında çözməkdir. Şübhəsiz ki, ikinci və üçüncü cəbhə Rusiyanın sonunu gətirmək üçün daha əlverişli variantdır. Məsələ ondadır ki, Zəngəzur dəhlizinin guya ki, nəqliyyat dəhlizi kimi iqtisadi müstəvidə əhəmiyyətliliyini açıqlayan Çin də öz mövqeyini gizlətmədi. Rusiyanın çöküşündən hər kəs öz maraqlarını gözləməkdədir. Nəticədə isə Rusiyanın və Türkiyənin ərazisini işğalı, Yunanıstanın xeyrinə ərazi məsələsini həl olunması. Rusiyanı isə indiki siyasi xəritədən qismən silinməsidir.

Yeri gəlmişkən Yunanıstanın havada hərbi qüdrətinin ən yüksək səviyyəyə çatdırılması üçün demək olar ki, ABŞ və qərb tərəfindən əhəmiyyətli dərəcədə hazırlıq işləri görülür. İranın taleyi isə Rusiyanın siyasi taleyi ilə çox əlaqəlidir. Dünya özünün formatını dəyişir, artıq dünya hakimiyyəti bəşəriyyətin taleyini ikinci və üçüncü dərəcəli ölkələrlə birgə həll etmək fikrində deyil. Köhnə sistemi tarixə göndərmək üçün ən dəhşətli cinayətlərin törədilməsindən belə çəkinməyəcəklər. Avtoritar rejimlər yaxşı başa düşürlər ki, bu son deməkdir. Nə etmək olar bəlkə də Tanrının iradəsi belədir.

Bütün bunlara rəğmən üçlük qərbin və ABŞ-ın projesini nə qədər yaxşı qiymətləndirsələr də görüşün ümumi mahiyyəti göründüyü kimi ziddiyyətlidir. ABŞ isə Avropaya qarşıdan gələn qışa qədər qaz söz verib. Məsələ həll olunmasa bütün planlar daşa dirənəcək. Üçlük isə dostluq nümayiş etdirməklə planı pozmaq istəyirlər. Nə qədər mümkün olduğunu isə yaxın vaxtlarda başlanması gözlənilən hərbi əməliyyatlar göstərəcək.

Elçin QURBANOV,

Azinforum.az

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …