Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / “Zeytun budağı”nın bir ayı – Türkiyə nə əldə etdi?

“Zeytun budağı”nın bir ayı – Türkiyə nə əldə etdi?

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun Afrində birgə keçirdiyi “Zeytun budağı” əməliyatının artıq bir ayı tamam olub.

Türkiyə KİV-lərinin məlumatına görə, PKK, PYD, YPG, İŞİD qruplaşmalarına qarşı keçirilən əməliyyatda indiyədək 1715 terrorçu zərərsizləşdirilib.

Geridə qalan bir ay ərzində havadan və qurudan terrorçulara sarsıdıcı zərbələr endirilib,PKK, PYD yaraqlılarının silah anbarları, sığınacaqları bombardman edilib.

Əməliyyatlar zamanı 61 kənd, 20 strateji məntəqə daxil olmaqla 89 mövqe terrorçulardan təmizlənib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. (AzVision.az)

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …