Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Zeytun budağı”nın 14-cü günü: 897 terrorçu məhv edilib

“Zeytun budağı”nın 14-cü günü: 897 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı son hesabatı açıqlayıb.

Hesabatda deyilir ki, “Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 6 hədəf və 74 terrorçu məhv edilib.

Məlumatda qeyd olunub ki, “Zeytun budağı” əməliyyatında indiyədək 897 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …