Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / “Zeytun budağı”nda məhv edilən terrorçuların sayı 649-a çatdı

“Zeytun budağı”nda məhv edilən terrorçuların sayı 649-a çatdı

Suriyada aparılan “Zeytun budağı” əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Avropa.info-nun Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib.

Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib.

Türkiyə Baş Qərargahı “Zeytun budağı” əməliyyatının uğurla davam etdiyini bildirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

 

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …