Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / “Zeytun budağı”na qarşı XAİN PLAN: – Terrorçular xəndəklər qazır, dinc əhalini isə…

“Zeytun budağı”na qarşı XAİN PLAN: – Terrorçular xəndəklər qazır, dinc əhalini isə…

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatının 17-ci günündə 9 strateji məntəqənin PKK/PYD terror təşkilatınının nəzarətindən alınacağı hədəflənib.

Publika.az xəbər verir ki, TSQ əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayının 947-yə çatdığını açıqlayıb.

Türkiyənin sərhəd xəttində yerləşən Bülbül qəsəbəsində nəzarəti tamamilə ələ keçirən koalisiyanın xüsusi təyinatlı birlikləri terror təşkilatının ana bazası və silah anbarının yerləşdiyi əraziyə doğru irəliləyir. Terror təşkilatı gün boyunca qurudan tanklar, raketlər, havadan isə F-16 qırıcıları ilə bombardman edilir. Hədəflənən strateji məntəqələrin alınması Afrin şəhərinə və Raco bölgəsinə təyin edilən yürüşü sürətləndirəcək.

Qeyd edək ki, getdikcə əsas mövqelərini itirən və məğlubiyyətə yaxınlaşan terrorçular şəhərin mərkəzi hissələrində xəndəklər qazmağa başlayıb. Mülki şəxslərin şəhərdən çıxmalarına icazə verməyən terrorçular son çıxış yolu kimi onlardan canlı qalxan kimi istifadə etməyi hədəfləyib. Əlavə olaraq, mülki əhalinin arasında gizlənən terroçular türk ordusunun guya dinc əhalini qırmağa çalışdığı fikrini təbliğ edirlər.

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …