Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Dünya / “Zeytun budağı” Türkiyədə aviareyslərə təsir göstərməyəcək

“Zeytun budağı” Türkiyədə aviareyslərə təsir göstərməyəcək

Suriyanın Afrin şəhərinin PYD və YPG terror təşkilatlarından azad olunması məqsədilə aparılan “Zeytun budağı” hərbi əməliyyatı Türkiyə mülki aviasiyasının fəaliyyətinə təsir göstərməyəcək.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya Nazirliyindən bildirilib.

Nazirlikdən deyilib ki, Suriyanın şimalında aparılan əməliyyatlar Türkiyənin sərhədyanı vilayətlərinə həyata keçirilən uçuşların ləngiməsinə səbəb olmayacaq.

Qeyd edək ki, bundan əvvəl bəzi yerli KİV-lər hərbi əməliyyatlar səbəbindən təhlükəsizlik məqsədilə sərhədyanı vilayətlərə bir sıra daxili aviareyslərin ləğv ediləcəyini yazmışdı.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …