Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Dünya / Zelenskinin andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum oldu

Zelenskinin andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum oldu

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və nazirləri iştirak edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yekaterina Zelenko məlumat verib. Onun sözlərinə görə, andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləti, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın Baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edəcək.

Bundan başqa 40 ölkənin yüksək hökumət nümayəndələrinin iştirakı təsdiqlənib.

Qeyd edək ki, Zelenskinin andiçmə mərasimi mayın 20-də səhər saat 10:00-da Ukrayna Ali Radasında başlayacaq.

Həmçinin oxuyun

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək. “Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi …