Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Dünya / Zelenskidən Rusiyaya təklif: “Rejissoru verin, jurnalisti alın”

Zelenskidən Rusiyaya təklif: “Rejissoru verin, jurnalisti alın”

“Ukrayna rusiyalı jurnalist Kirill Vışinskini, Krımda terror törətməkdə günahlandırılan ukraynalı rejissor Oleq Sentsovla dəyişməyə hazırdır.” 

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.”Əgər istəyirsinizsə, biz sizə Vışinskini verək, siz də bizə Sentsovu qaytarın. Biz doğurdanda belə bir anın tezliklə baş verməsini istəyirik”. 

Zelenski bildirib ki, Vışınskinin dəyişdirilməsi bu yolda açar rolunu oynaya bilər. O, əlavə edib ki , Rusiyada həbs edilmiş bütün ukraynalıların geri alınacağına ümid edir. 

“Biz bütün məhbuslarımızın geri qaytarılmasını istəyirik. Dənizçilərimizin dəyişdirilməsindən isə söz gedə bilməz. Onlar bizə mütləq geri verilməlidirlər”. 

Həmçinin oxuyun

Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 …