Cümə axşamı , May 26 2022
Ana səhifə / Dünya / Zelenskidən Rusiyadakı partlayışla bağlı açıqlama – “Əmrimi müzakirə etmirəm”

Zelenskidən Rusiyadakı partlayışla bağlı açıqlama – “Əmrimi müzakirə etmirəm”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belqorod vilayətində silah-sursat və neft anbarlarında baş verən partlayışlarla bağlı danışıb.

O, bu partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilib-törədilmədiyinə dair suala cavab verib.

“Bağışlayın, mən Ali Baş Komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm. Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır. Onlar (ruslar – red.) ərazimizi işğal ediblər. Bizə hücum ediblər. Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir”, – Zelenski bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna ilə sərhəd olan Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarında güclü yanğın baş vermişdi. Qafqazinfo

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …