Biz həm Zelenski, həm də Putinlə dostluğumuzu qorumalıyıq.
Bunu Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla görüşdə bildirib.
“Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Hətta NATO-nun digər üzv ölkələrinin etmədiyini Ukrayna üçün etdik”, – deyə Türkiyə Prezidenti qeyd edib.