Ana səhifə / Dünya / Zelenski: “Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır”

Ukrayna Prezidenti Vladimir Vladimir Zelenski hesab edir ki, həm Rusiya, həm də Avropa ölkələri hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasında iştirak etməlidir.
APA xəbər verir ki, o, bu fikri “The Wall Street Journal”-ın təşkil etdiyi icraçı direktorların görüşündə videoformatda çıxışı zamanı səsləndirib.

“Ukraynanın bərpası və bunu kimin etməli olması barədə danışarkən, mən hesab edirəm ki, Rusiyanın da adın çəkmək lazımdır”, – deyə Zeelnski bioldirib. O qeyd edib ki, Ukrayna “bütün Avropa üçün mübarizə aparır”.

Bu mənada mən əminəm ki, bütün Avropa bunu anlamalı və ölkəmizi, sənayemizi bərpa etməyə kömək etməli və təbii ki, bazarımıza gəlməlidir”, – deyə Zelenski davam edib. Eyni zamanda, Ukrayna lideri “Rusiya Ukraynaya təzminat ödəməlidir” fikrini əsaslandırıb. “Biz bunu aydın başa düşürük” deyən o, Kiyevin “Qərb ölkələrindən müvafiq siqnallar aldığını” vurğulayıb.

Zelenski daha əvvəl demişdi ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkəsinin yüz milyardlarla dollar maliyyə dəstəyinə ehtiyacı olacaq, Ukraynanın baş naziri Denis Şmıqal isə potensial dəstəyi 600 milyard dollar dəyərində qiymətləndirib.

Həmçinin oxuyun

“Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik” – Ukraynalı general

Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib. Bu barədə briqada generalı, …