Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Zelenski: “Ukrayna ordusu Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad edib”

Zelenski: “Ukrayna ordusu Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad edib”

Ukrayna hərbçiləri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad ediblər.

“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində bildirib.

O, qeyd edib ki, ordu azad edilmiş yaşayış məntəqələrini nəzarət altına alınıb.

“Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir sıra əməliyyat bölgələrində aktiv əməliyyatları davam etdirir. Uğurla davam etdirirlər”, – Prezident bildirib.

“Hazırda Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edib və nəzarətə götürüb”, – dövlət başçısı əlavə edib.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …