Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Dünya / Zelenski Türkiyəyə dincəlməyə getdi – Foto

Zelenski Türkiyəyə dincəlməyə getdi – Foto

Aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenski istirahət üçün Türkiyəyə yollanıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə o, feysbuk hesabında məlumat verib.

Yeni prezident təyyarə yanında çəkdiyi selfini paylaşaraq “Açıq şəkildə danışmağa söz vermişik. Bax, belə! Türkiyəyə uçuruq. Uşaqları ənənəvi “Əyləncə” festivalına aparıram” qeydini yazıb. 

O, son 4 ayda ilk dəfə xarici ölkəyə səfər etdiyini, iki gün sonra Ukraynaya qayıdacağını söyləyib.

Xatırladaq ki, V. Zelenski 73,22 faiz səslə Ukrayna prezidenti seçilib.

Həmçinin oxuyun

Bayden ABŞ tarixində ilkə imza atdı

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs toplayan ilk namizəddir. Bir …