Ana səhifə / Dünya / Zelenski Rusiyaya səsləndi: “Müharibəni bitirmək vaxtıdır“

Zelenski Rusiyaya səsləndi: “Müharibəni bitirmək vaxtıdır“

“Ukraynadakı rus qoşunlarının taktikası Rusiyanın özündə vəziyyətin pisləşməsinə gətirib çıxarır, ona görə də sülh və təhlükəsizlik danışıqları Moskvanın öz səhvlərindən dəyən ziyanı azaltmaq üçün yeganə şansıdır”.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

O qeyd edib:

“Rusiya ordusunun ölkəmizi ələ keçirmək planı iflasa uğradı. Bizimlə başqa nə edəcəklərini bilmirlər. Görünür, onların hərbi komandirləri öz siyasi rəhbərliyinə bizi tükəndirmək, Ukraynanı tükəndirmək üçün qəddar və səhv taktikalardan başqa heç nə təklif edə bilmirlər.

Amma onların hərbçilərinin bu taktikası yalnız Rusiya dövləti üçün vəziyyəti gərginləşdirir, yeni və yeni dağıdıcı sanksiyalara gətirib çıxarır, yeni üzvləri bizim anti-müharibə koalisiyamıza qoşulmağa sövq edir, hətta həmişə bitərəf qalmağa çalışan dövlətlərə də Rusiyaya təzyiq göstərməyə imkan verir.

Buna görə də, sülh, bizim üçün, Ukrayna üçün təhlükəsizlik üzrə danışıqlar – mənalı, dürüst və gecikmədən – bu, Rusiyanın öz səhvlərindən gələn zərəri azaltmaq üçün yeganə şansdır.

İstəyirəm ki, indi hamı məni eşitsin, xüsusən də Moskvada. Görüşmək vaxtıdır. Danışmaq vaxtıdır. Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır. Əks halda, Rusiyanın itkiləri elə olacaq ki, sizin yüksəlməyiniz üçün hətta bir neçə nəsil kifayət etməyəcək”.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …