Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Dünya / Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”

Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”

Rusiya Federasiyası Ukraynanı məhv etmək üçün bütün imkanlarından istifadə edir. Eyni zamanda, Rusiyanın bölgələrində deyirlər ki, “xüsusi əməliyyat” bir çox sənaye sahələrinin, o cümlədən tikintinin iqtisadi tənəzzülünə və insanların yoxsullaşmasına səbəb olur.

Bunları Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Rusiya faktiki olaraq bütün resurslarını bizi məhv etməyə yönəldib. Qiymətlərin artımı, gəlirlərin ucuzlaşması, Rusiyada 2000-ci illərdən bəri yaradılmış bütün iqtisadi potensialın məhv edilməsi – bunlar hələ də işğalçıları dayandıra bilməyib. Amma nəhəng xərclər hələ də onlara kömək etmir, kömək etməyəcək də”, – dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Donbasda vəziyyət çox mürəkkəbdir. Rusiya hərbçiləri Slavyansk və Severodonetskə hücum etməyə çalışırlar.

Həmçinin oxuyun

119 nəfərlə birgə “Polat Alemdar” da polisə çağırıldı

Türkiyədə “Sarallar” cinayət təşkilatına qarşı keçirilən əməliyyatdan sonra bir çox məşhur ifadələri alınmaq üçün polisə …