Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Zelenski prezident Poroşenkonu debata çağırdı: “Sizə 24 saat vaxt verirəm”

Zelenski prezident Poroşenkonu debata çağırdı: “Sizə 24 saat vaxt verirəm”

Ukrayna prezidentliyinə namizəd, seçkilərin birinci turunu lider kimi bitirmiş komik aktyor Vladimir Zelenski hazırkı prezident, seçkilərin ikinci turunda rəqibi olacaq Pyotr Poroşenkonu debata dəvət edib.

“Sizə 24 saat vaxt verirəm. Fikirləşin”, – virtualaz.org “hromadske.ua” nəşrinə istinadən xəbər verir ki, Zelenski Poroşenkoya bu çağırışı edib.

“Pyotr Poroşenkoya müraciət edirəm, siz məni debata çağırırsınız, ümid edirdiniz ki, qaçacağam, gizlənəcəyəm – xeyr, mən 2014-cü ildəki siz deyiləm”, – Zelenski bildirib.

O müraciətini belə davam etdirib: “Sizi burada – “Olimpiyski” idman kompleksində gözləyirəm, debatlar Ukrayna xalqının gözü qarşısında baş tutacaq. Bütün kanalların canlı yayım hüququ var, bütün jurnalistlər iştirak edə bilərlər”.

Zelenski qeyd edib ki, Poroşenko ən azı ölkə vətəndaşlarının üçdə birinə (Zelenski birinci turda təxminən 30 faiz səs toplayıb – red.) hörmət əlaməti olaraq deməlidir ki, debatdakı rəqibi “adi adam”, “Kremlin, yaxud Kolomoyskinin marioneti”, “kloun” deyil, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskidir.

Hələlik Poroşenkonun bu çağırışa reaksiyası barədə məlumat verilmir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …