Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Dünya / Zelenski Poroşenko ilə debatdan qaçdı – VİDEO

Zelenski Poroşenko ilə debatdan qaçdı – VİDEO

Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelenski ölkənin hazırki rəhbəri Pyotr Poroşenko ilə debata çıxmaqdan imtina edib. 

Zelenski Kiyevin “Olimpiya” stadionunda təşkil olunan debatdan son anda boyun qaçırıb.Şoumen Poroşenko tərəfindən ona qarşı təxribatın hazırlandığını iddia edərək, debatdan qaçmasını bununla əsaslandırıb.

Zelenskidən fərqli olaraq Poroşenko yüzlərlə insanın qarşısına çıxıb və vətəndaşları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Azvision.az 

Həmçinin oxuyun

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik”

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində …