Şənbə , Avqust 20 2022
Ana səhifə / Dünya / Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də müharibə başlayandan bəri Rusiya işğalından azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.

Bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

Ukrayna liderinin sözlərinə görə, fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib: “Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610 isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır. Ancaq bundan başqa, digər vilayətlərdəki onlarla şəhər raket zərbələri alırlar. Yüzlərlə müəssisə məhv edilib. Onların arasında mürəkkəb, təhlükəli istehsalatlar da var. Bura kimya, metallurgiya aiddir”.

O bildirib ki, şiddətli döyüşlər bütün cəbhəboyu davam edir: “Donbasda episentr, təbii ki, Luqansk vilayətinin şəhərlərindədir. Xarkov vilayətində düşmənin aktivliyi güclənir. Xerson vilayətindəki İvanovkadan işğalçıları qovmaq müvəffəq olub, cənubda təzyiqləri davam edirik”. Cebhe.info

Həmçinin oxuyun

Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərtini açıqladı

“Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür”. “ Azinforum.az ” …