Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Zelenski daha bir məmuru işdən qovdu: Sən məni axmaq hesab edirsən? – VİDEO

Zelenski daha bir məmuru işdən qovdu: Sən məni axmaq hesab edirsən? – VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski daha bir məmuru işdən qovub.

“RİA Novosti” xəbər verir ki, V.Zelenski Ukrayna Dövlət Maliyyə Xidmətlərinin (DMX) rəis əvəzi Aleksandr Vlasova istefa ərizəsi yazmağı tapşırıb.

Odessa limanında keçirilən bir toplantıda prezident A.Vlasovdan bir neçə gömrük məmurunu işdən qovması tələbinin yerinə yetirilib-yetirilmədiyini soruşub. Onun sözlərinə görə, DMX rəis əvəzi sözügedən məmurları işdən qovacağına söz verib və bu barədə “Facebook”da yazıb.

Lakin V.Zelenski əlində olan sənədlərə əsasən öyrənib ki, həmin gömrükçülər işdən qovulmaq əvəzinə məzuniyyətə göndəriliblər. A.Vlasov onların həqiqətən qovulduğunu söyləsə də, bu, prezidenti qane etməyib.

DMX rəisinə “Sən məni axmaq hesab edirsən?” deyən prezident onun özünün işdən azad olunmasını tapşırıb.

Офіс Президента@APUkraine

Під час робочої поїздки до Одеси Президент України Володимир Зеленський зі словами «Ви нас тут всіх і мене за ідіотів маєте?» змусив написати заяву про звільнення виконуючого обов’язки Голови Державної Фіскальної Служби Олександра Власова.38613:54 – 13 Tem 2019Twitter Reklamları’na ilişkin bilgiler ve gizlilik397 kişi bunun hakkında konuşuyor

Qeyd edək ki, V.Zelenski bir neçə gün əvvəl Barispolda yerli Şəhər Şurasının katibi Yaroslav Qodunoku yığıncaqdan qovmuşdu.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …